Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 18:48

Deputat: 'Onlar Azərbaycanın inkişafını istəməyən qüvvələrin dəstəyini alıblar'


Rövşən Rzayev
Rövşən Rzayev

►“ Mitinqdə səsələnən fikirlərlə mən qəti razı deyiləm.”

Deputat Rövşən Rzayev Milli Şuranın mitinqində səslənən fikirləri yanlış sayır

“Mitinqdə səslənən fikirlər yanlışdır. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir. Ölkədə söz azadlığı, toplaşma hüququ təmin olunur. Müxalif qüvvələrə, digər mövqedə olan bir qrup adama öz fikirlərinə söyləməyə tam imkan yaradılıb”.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Qurucüluğu Komitəsi sədrinin müavini Rövşən Rzayev belə deyir. O bu sözləri Milli Şuranın sentyabrın 11-də keçirdiyi mitinqdə səslənən fikirləri Azadlıqradiosuna şərh edərkən dilə gətirib.

“Referenduma gəlincə...”

Deputat referendum olayını ölkənin inkişafına bağlayıb:

“Referenduma təklif olunan dəyişikliklərə gəlincə, sentyabrın 26-da xalq mövqeyini səsləndirəcək və Azərbaycan öz inkişaf yolunu davam etdirəcək. Referenduma təklif olunan maddələr, əlavə və dəyişikliklər ölkənin möhkəm gələcəyinə, azad və müstəqil dövlət kimi inişafına, insanların rifah halının yüksəlməsinə yönəlib. Mitinqdə səsələnən fikirlərlə mən qəti razı deyiləm. Düşünürəm ki, onlar digər dövlətlərin, Azərbaycanın inkişafını istəməyən qüvvələrin müəyyən dəstəyini alıblar”.

“Təəssüf ki, Azərbaycanda da korrupsiya var”

Rövşən Rzayev mitinqdə korrupsiya haqqında səslənən fikirlərə də münasibət bildirib. Onun fikrincə, Azərbaycan hökuməti rüşvətxorluq və korrupsiya ilə güclü mübarizə aparır:

“Təəssüf ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da korrupsiya var. Bununla da bağlı xüsusi qurumlar mütəmadi mübarizə aparırlar. Son bir neçə ildə - ASAN Xidmət yarandıqdan sonra bir çox bürokratik problem və əngəllər aradan qaldırılıb. Azərbaycan iqtidarı bu yöndə də yetərincə israrlı addımlar atır. Düşünürəm ki, bir müddət keçəndən sonra Azərbaycanda belə problemlər mövcud olmayacaq”.

Korrupsiyaya, insan və toplaşma hüquqlarının pozulmasına etirazlar

Milli Şuranın sentyabrın 11-də Azərbaycan Konstitusiyasına dəyişikliklərlə bağlı referendum əleyhinə keçirdiyi aksiyada referendumun ləğv edilməsi fikri də səslənib. AXCP sədri Əli Kərimli deyib ki, Konstitusiya İlham Əiyevin ailə sülaləsini bərqərar etmək üçün dəyişdirilir.

Mitinqdəki çıxışlarda ölkədə korrupsiyanın tüğyan etməsinə, insan haqlarının, toplaşma hüquqlarının pozulmasına etirazlar da vurğulanıb.

Buna da bax: "Yalançı da hökumət, gülənçi də hökumət": Mitinqdən fotolar

XS
SM
MD
LG