Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 02:47

'Referendum ləğv edilsin': Milli Şuranın mitinqi- [Video, Foto]

“Mitinqdə səsələnən fikirlərlə mən qəti razı deyiləm”

Deputat Rövşən Rzayev Milli Şuranın mitinqində səslənən fikirləri yanlış sayır

“Mitinqdə səslənən fikirlər yanlışdır. Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlətdir. Ölkədə söz azadlığı, toplaşma hüququ təmin olunur. Müxalif qüvvələrə, digər mövqedə olan bir qrup adama öz fikirlərinə söyləməyə tam imkan yaradılıb”.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Qurucüluğu Komitəsi sədrinin müavini Rövşən Rzayev belə deyir. (Ətraflı)

Polis məlumat yaydı

Bakı şəhər Baş Polis İdarəsi Milli Şuranın Bakıda təşkil etdiyi mitinqlə bağlı yaydığı məlumatda qeyd edir ki, aksiyada ictimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

"Referendum ləğv edilsin" - Qətnamə

Milli Şuranın Bakıdakı "Məhsul" stadionunda keçirilən mitinqinin qətnaməsi Əli Kərimlinin çıxışından sonra elan edilib.

Qətnamədə sentaybrın 26-na təyin edilən referendumun ləğv edilməsi, köklü siyasi-iqtisadi-sosial- hüquqi islahatların başlanması, bütün siyasi məhbusların qeyd-şərtsiz azad edilməsi, pensiyaların təcili artırılması istənilir.

Mitinq qurtarandan sonra gənclər rəqs edib, yallı gediblər.

“Polis, prokurorluğu cəza aparatına çeviriblər.

Belə aparata, polis işgəncəsinə yox deyirik. Dünyanın hər yerində ədaləti məhkəmələrdə axtarırlar. Azərbaycan məhkəmələri isə adamları, pulu olanlara xidmət edir. Biz belə məhkəmə sisteminə yox deyirik. Şəhid ailələrinə, Qarabağ əlillərinə münasibət hamımıza bəllidir. Biz belə münasibətə yox deyirik”, Əli Kərimli bildirib.

O, vurğulayıb ki, ilk növbədə referenduma yox deyilməlidir.

“Konstistusiya üçüncü dəfədir ki, bir nəfər üçün - İlham Əliyev üçün dəyişdirilir. 2002-ci ildə Konstitusiyanı dəyişdirdilər ki, İlham Əliyevin hakimiyyətə gəlməsini asanlaşdırsınlar. 2009-cu ildə dəyişdirdilər ki, İlham Əliyevin istədiyi qədər seçilməsinə imkan yaratsınlar. İndi də ona görə dəyişmək istəyirlər ki, ailə sülaləsini bərqərar etsinlər. Biz Azərbaycanda sülalə hakimiyyətinin davamlı olmasına, anarxiyaya imkan verməyəcəyik”.

Əli Kərimli mitinq iştirakçılarına xitab edərək Milli Şuranın növbəti mitinqinin vaxtını da elan edib. Növbəti mitinq sentyabrın 17-nə, günorta saat 15:00-a təyin olunub.

Davamı

XS
SM
MD
LG