Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:06

Avropa Məhkəməsinə gedən məktublar qeybə çəkilir


Azərpoçt
Azərpoçt

Həbsdə olan gənc fəal Bayram Məmmədovla bağlı Avropa İnsan Haqları Məhkəməsinə göndərilən şikayət məktubu itib.

Bu haqda siyasətçinin vəkillərindən Elçin Sadıqov məlumat verib.

Vəkilin deməsinə görə, noyabrın 19-da Avropa İnsan Hüquqları Məhkəməsinə 1,27 kiloqram ağırlığında məktub göndəriblər. O, “Azərpoçt”u ittiham edib.

Buna da bax:​ Avropa Məhkəməsinə gedən daha bir məktub itib

Vəkil: Azərbaycan hökuməti bunu artıq tez-tez edir

«“Azərpoçt” RR0028283316AZ saylı məktubu “itirib”. Belə ki, elektron izləmə zamanı müəyyən etdik ki, eyni gündə göndərilən başqa bir məktub Avropa İnsan Hüquqları Məhkəməsinə çatdırılsa da, Bayram Məmmədovun şikayəti qəsdən göndərilməyib və sistemdə görünmür. Azərbaycan hökuməti bunu artıq tez-tez edir», vəkil qeyd edib.

Vəkilin deməsinə görə, Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayət B.Məmmədov haqqında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı olub.

Buna da bax: Fuad Qəhrəmanlının şikayət məktubları itib - ikinci dəfə...

Azərpoçt: “Rəsmi sorğu versinlər, araşdıraq...”

“Azərpoçt”dan məktubun qəsdən “itirilməsi” barədə deyilənlərin doğru olmadığını bildiriblər.

“Texniki səbəblərdən hansısa məktubun itməsi, mənzil başına gec çatması baş verə bilər. Bunlar bütün dünyada poçt işinin tərkib hissəsidir. Konkret məktuba gəldikdə isə, kiminsə şikayəti varsa, poçta rəsmi sorğu verib araşdırma aparılmasını istəyə bilər. Bizə qeyd olunan məktubla bağlı hər hansı rəsmi sorğu verilməyib”, deyə bildiriblər.

“Gedər-gəlməz” məktublar...

Siyasi məzmunlu məhkəmə işlərindən verilən şikayətlərin itməsi ilk dəfə deyil ki, baş verir.

Buna da bax:​ Bayram: «Məqsədim «böyük qardaş»ı qəzəbləndirmək idi»

Bu ilin əvvəlində Meydan TV ilə əməkdaşlığa görə, təqibə məruz qaldığını bildirən jurnalist Şirin Abbasovun şikayət məktubları poçtda itmişdi. O zaman məktubu itirmiş yerli poçt araşdırma aparmış, buna görə, jurnalistin vəkili Elçin Sadıqova 82 manat kompensasiya ödəmişdi.

Noyabrın əvvəlində siyasi məzmunlu işlərdən tanınan vəkil Yalçın İmanov da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Murad Ədilov haqqındakı hökmdən Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətin itdiyini açıqlamışdı.

Ondan başqa vəkil Nemət Kərimli də AXCP sədrinin müavini Fuad Qəhrəmanlının şikayət məktublarının itdiyini bəyan eləmişdi.

Buna da bax:​ ABŞ-ın ATƏT-dəki səfiri Qiyas İbrahimovu azad etməyə çağırır

B. Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Bayram Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Qiyas İbrahimovdan da heroin tapıldığı iddia edilir.

Gənclər bu ittihamları qəbul etmirlər və keçmiş prezident Heydər Əliyevin abidəsinə şüar yazılmasına görə həbs edildiklərini deyirlər.

Qiyas İbrahimova 10 həbs cəzası verilib. Bayram Məmmədovun məhkəməsi isə davam edir.

Buna da bax:

"Heykələ şüar yazmaq həyatımın ən böyük uğurudur"
Gözlə

No media source currently available

0:00 0:02:48 0:00

XS
SM
MD
LG