Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 06:16

Azərbaycan neft və qazdan daha 100 milyard gözləyir


Bakıda neft buruqları.
Bakıda neft buruqları.

Növbəti 15-20 il ərzində neftin qiymətindən asılı olaraq, Azərbaycan Dövlət Neft Fonduna (DNF) bütün neft-qaz sazişlərindən 100 milyard dollar vəsait daxil ola bilər.

APA-nın xəbərinə görə, bunu Dövlət Neft Fondun icraçı direktoru Şahmar Mövsümov noyabrın 24-də bank forumundakı çıxışında deyib.

Onun bildirməsinə görə, bu günə qədər isə neft-qaz sazişlərindən Fonda 120 milyard dollar daxil olub.

«Azərbaycanda neft bitməyib, hasilat davam edir. Postneft dövrü dedikdə, biz yeni iqtisadi modelə keçidi nəzərdə tuturuq. 2013-cü ildən başlayaraq neftin qiymətinin kəskin düşməsi nəticəsində dövlət öz xərclərini azaltmağa, konsolidasiya etməyə başladı. Bu da özünü Dövlət Neft Fondundan büdcəyə edilən transfertlərdə göstərdi. Əgər 2013-cü ildə Fonddan büdcəyə transfertlər 14.5 milyard dollar təşkil edirdisə, cari ildə bu rəqəm 4.7 milyard dollara düşüb. Növbəti ildə isə 3.5 milyard dollar ətrafında proqnozlaşdırılır», - deyə Ş.Mövsümov qeyd edib.

Hazırda Dövlət Neft Fondunun 35 milyard 822.1 milyon dollar ehtiyata malik olduğu bildirilir.

XS
SM
MD
LG