Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 19:35

Bayram Məmmədov 10 il azadlıqdan məhrum edildi [son söz və reaksiyalar]


Bayram Məmmədova 10 il həbs cəzası verildi
Gözlə

No media source currently available

0:00 0:03:39 0:00

Bayram Məmmədova 10 il həbs cəzası verildi [video]

Mayın 10-da Heydər Əliyevin heykəlinə siyasi şüar yazandan sonra narkotik ittihamı ilə həbs olunan gənc fəal Bayram Məmmədov 10 il azadlıqdan məhrum edilib.

Dekabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Eynulla Vəliyevin sədrlik etdiyi hakimlər kollegiyası belə hökm çıxarıb.

Buna da bax:​ Beynəlxalq koalisiya: 'Söz azadlığına basqılar dayandırılsın'

Hökmdən əvvəl Bayram Məmmədovun vəkili Elçin Sadıqov müdafiə nitqi ilə çıxış edib. O bilirib ki, siyasi sifarişli, saxta ittihamla daha bir cinayət işi üzrə natamam məhkəmə başa çatır. Bu məhkəmə prosesində müdafiə tərəfinin yalnız bir vəsatətinin təmin edildiyini deyən vəkilin sözlərinə görə, o da natamam icra olunub.

"Bayram Məmmədov heç bir cinayət törətməyib. O, sadəcə ölkədəki özbaşınalıqlara, qanunsuzluqlara etiraz olaraq, Heydər Əliyevin heykəlinə şüar yazıb. Buna görə də ağır işgəncələrə məruz qalıb, şərlənib" - vəkil bildirib.

Buna da bax:​ 'Gənclərin hamıya salamları var'

E. Sadıqov çıxışının sonunda hakimləri cəsarətsizlik etməməyə, Bayram Məmmədova bəraət verib, onu həbsdən azad etməyə çağırıb.

Bayram Məmmədovun son sözü

"Vəliyev, siz ilk məhkəmə iclasında dediniz ki, sən burada əqidənə görə yox, verilmiş ittihamlara görə mühakimə olunursan. Amma hamı kimi, siz də yaxşı bilirsiniz ki, mən məhz Heydər Əliyevin heykəlinə "Qul bayramınız mübarək!" yazdığıma görə burdayam. Amma mənim bura düşməmək şansım da var idi.

Mən bundan sonra polislər haqqında adamlar ifadəsini işlədəcəm, amma bu adamlar dırnaq içində deyilmiş olacaq. Mənə dəfələrlə Heydər Əliyevin heykəlinin qarşısına gül qoyub, üzr istəmək, AZTV-yə çıxmaq təklif olundu. Peşman olub, əfv diləməklə azadlığa çıxmaqdansa, həbsdə olmaq daha şərəflidi.

Buna da bax:​ Bayram Məmmədov: 'Məni döyənlərdən biri də bu idi'

Mən özümü qətiyyən dustaq saymıram. Mən azadlıq aşiqiyəm. Bunların anormal vətən, vətənpərvərlik anlayışı var. Bunların vətən anlayışı ulu öndərləri Heydər Əliyev və layiqli davamçısı İlham Əliyevə münasibətlə ölçülür. Onları sevirsənsə, deməli, vətənpərvərsən. Qarşı çıxırsansa, deməli, xəyanətkarsan. Vətənə xəyanət edirsən. Sonra da telekanallarda məlum olur ki, sənin qərb təşkilatları ilə əlaqələrin var, o təşkilatları da erməni lobbisi maliyyələşdirir.

Əgər vətən Heydər Əliyev Fondudursa, Heydər Əliyev adına Hava Limanıdırsa, Heydər Əliyev adına idman kompleksidirsə, Heydər Əliyev Mərkəzidirsə, Heydər Əliyev Muzeyidirsə, ucsuz-bucaqsız Heydər Əliyev prospektidirsə, Azərbaycanın bütün şəhər və rayonlarındakı saysız hesabsız Heydər Əliyev parklarından ibarətdirsə, bəli, mən vətənə xəyanət edirəm. Və bununla fəxr edirəm. Məni vətənə xəyanətə görə də mühakimə edə bilərsiniz. Axmaqlar haradan bilsinlər ki, əsl vətənpərvərlik xalqı bu hakimiyyətdən qorumağa çalışmaqdır.

Mən birinci təklifdən imtina edəndən sonra başqa təkliflər gəlməyə başladı: "Cavan oğlansan, yaxşı maaşın, işin ola bilər..."

Buna da bax: 'Bura tamaşadır, quruluşçu rejissoru da İlham Əliyevdir'

Bu yerdə hakim Eynulla Vəliyev Bayram Məmmədovun sözünü kəsərək, ondan ittiham üzrə danışmağı tələb edib. Bu, vəkil Elçin Sadıqov və məhkəmə iştirakçılarının narazılığına səbəb olub.

Bayram Məmmədov sözünü belə davam etdirib:

"Əxlaqlı insanlar aldıqları yaxşı təhsildən başqalarını yağmalamaq, rüşvət almaq, zülm etmək məqsədilə istifadə etmirlər. Bilmirəm, bu zalda rüşvət alan var, ya da yoxdur. Varsa da, Rəsul Rzanın bu iki misrasını demək istəyirəm:

Sən də kişi qoymusan adını,
Rüşvət alıb, saxlayırsan arvadını.

Azərbaycanda bu gün polislərin işi cinayətkarlığın qarşısını almaqdan ibarət deyil. Onlardan bu rejimin xalq üzərində hakimiyyətini qoruyub saxlamaq üçün istifadə olunur. Qiyası tutanlardan xəbərim yoxdur, amma məni tutanlar "Ə, babamızın heykəlini yazan sənsən?" - deyə soruşurdular. Görəsən, onların nənələri necə həyat yaşayıb ki, babalarının kim olduğunu bilmirlər.

Buna da bax:​ ‘Bəlkə də Bayrama Qiyasdan artıq iş kəsəcəklər’

Bizi həbs qorxutmur. Əsas odur ki, biz bütü dağıtdıq. Bu rejim devriləndən sonra çox adamlar o heykəllərin başına çox oyunlar gətirəcəklər. Sevindirici həm də odur ki, bundan sonra 10 may təkcə Heydər Əliyevin doğum günü kimi yox, həm də onun heykəlinə "Qul bayramınız mübarək" yazıldığı gün kimi qeyd olunacaq".

Bu yerdə hakimlər Bayram Məmmədovun son sözünün davamını dinləməyərək, hökm üçün müşavirəyə gediblər. Amma gənc fəal hakimlər olmadan da fikirlərini davam etdirib:

"Heç nəyə peşman deyiləm. Əlimdə imkan olsaydı, yenə edərdim. Mən son sözümdə bunlardan əfv diləyən insan kimi yadda qalmaq istəmirəm. Gördüyünüz kimi, hakim son sözümə dözə bilmədi.

Burdan həm də gənclərə səslənirəm. Doğruluq, ədalət və bərabərlik uğrunda mübarizə aparın!"

Buna da bax: Heykəl yazmağa görə 10 il?: Hüquqşünasların reaksiyaları

Məhkəmənin qarşısında etiraz aksiyası

Məhkəmənin hökmündən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinin binası qarşısında gənclər aksiya keçiriblər. Aksiyada "Azadlıq!" "Bayrama azadlıq!" "Qiyasa azadlıq!", "Bayram, Qiyas!" kimi şüarlar səsləndiriblər.

"Oğlumla fəxr edirəm"

Bayram Məmmədovun atası Fərman Məmmədov. 08dek2016
Bayram Məmmədovun atası Fərman Məmmədov. 08dek2016

Bayram Məmmədovun atası Fərman Məmmədov oğlunun 10 il azadlıqdan məhrum edilməsinə dair hökmün onun üçün gözlənilməz olmadığını bildirib: "Onlar əmr quludurlar, verməliydilər, verdilər. Mən övladımla fəxr eləyirəm. Heç bir pis iş görməyib. Kiməsə sataşmayıb, kiməsə pislik eləməyib. Azad insandır, öz fikrini bildirib".

Buna da bax:​ 'Paşazadələrin mənə elədiklərini ermənilər eləməzdi...'

"Bayram bütpərəstliyə etirazına görə məhkum edildi"

Əli Kərimli: 'Hakimiyyət bu gənc fəalları şəxsi-qərəzliklə, kinlə, qəddarlıqla, qisasçılıqla cəzalandırdı'
Gözlə

No media source currently available

0:00 0:02:35 0:00
Direct-ə keçid

AXCP sədri Əli Kərimli də deyir ki, Bayram Məmmədov törətmədiyi cinayətə görə siyasi sifarişlə 10 il azadlıqdan məhrum edildi: "Hakim, hətta Bayramın son sözünü də sonadək dinləyə bilmədi. Bayram açıq ifadə elədi ki, azadlıq fədaisidi, şüurlu şəkildə heykələ "Qul bayramınız mübarək!" şüarını yazıb və məqsədi də bütü sındırmaq, ölkədəki qorxu rejiminə zərbə vurmaq olub. Bu hökm tamamilə qanunsuzdur. Bütün dünya ictimaiyyəti bilir ki, Bayram Məmmədov heç bir cinayət törətməyib. Sadəcə, Azərbaycanda bütpərəstliyə, şəxsiyyətə pərəstişə etiraz etdiyinə görə məhkum olunub. Məqsəd də qorxu rejimi yaratmaqdır. Amma çox yaxşı haldır ki, bu alınmır".

Arzu Abdullayeva: “Hər iki gəncin həyatını sındırdılar”

Arzu Abdullayeva: 'Hər iki gəncin həyatını sındırdılar'
Gözlə

No media source currently available

0:00 0:00:25 0:00
Direct-ə keçid

Gənc fəallar Bayram Məmmədova və daha öncə Qiyas İbrahimova 10 il həbs cəzası kəsilməsinə reaksiyalar gəlir.

Buna da bax: İlqar Məmmədovdan xəbər var

“Biz, hüquq müdafiəçisi olaraq, Bayram Məmmədovun həbsinə etiraz edirik. O gəncdir. O, böyük səhv etməyib ki, bu qədər böyük cəza alsın. Mən bu hökmün sərt olduğunu düşünürəm”. Hüquq müdafiəçisi Arzu Abdullayeva gənc fəal Bayram Məmmədovun 10 il azadlıqdan məhrum edilməsinə belə reaksiya verib. O, hüquq müdafiəçilərinin bu hökmə etiraz edəcəklərini də sözlərinə əlavə edib.

“O heykəllər nə vaxtsa söküləcək, amma...”

İntiqam Əliyev
İntiqam Əliyev

Hüquq müdafiəçisi İntiqam Əliyev gənc fəala kəsilən cəzaya münasibətini belə ifadə edib: “Bayram tutulanda da möhtəşəm idi, məhkəməsində də, son çıxışında da. Qiyas kimi o da öz məhkəməsini iliyinədək çürümüş sistemin, feodal təfəkkürünün, gerizəkalılığın mühakiməsinə çevirə bildi. Bu hakimiyyət də gec-tez gedəcək, o heykəllər də nə vaxtsa söküləcək. Amma Qiyaslar və Bayramlar ən yeni tariximizdə qəhrəmanlıq, ləyaqət rəmzi kimi qalacaqlar. Səninlə qürur duyuram, dəyərli dost! Sənin də, Qiyasın da, günahsız həbsə atılan digər dostlarımızın da, ölkəmizin də azadlığa çıxacağını bayram edəcəyimiz günə çox qalmayıb”.

Buna da bax:​ Rəis: 'Sizi kim maliyyələşdirir, tapşırığı kimdən almısınız?..'

“Çox təəssüf ki...”

Səidə Qocamanlı
Səidə Qocamanlı

“Bu hökmlə, 10 il cəza verməklə, hər iki gəncin həyatını sındırdılar”, - hüquq müdafiəçisi Səidə Qocamanlının reaksiyasıdır. O da hökmü təəssüflə qarşıladığını bildirir: “Mən çox təəssüf edirəm. Məhkəmə onların cavanlığını nəzərə alaraq, başqa bir cəza verə bilərdi. Çox təəssüf ki, maksimum cəzanı götürür və hər iki gəncin həyatını, bax, beləcə sındırırlar. Təəssüf edirəm”.

Səidə Qocamanlı təmsil olunduğu İnsan Hüquqları üzrə İşçi Qrupda Bayram Məmmədovun da, Qiyas İbrahimovun da məsələsini qaldıracağını deyir.

“Bayramın da, Qiyasın da həbsi Azərbaycan hakimiyyətinin zora, repressiyaya istinad edən siyasətinin məqsədinə çatmadığını göstərir”. AXCP sədri Əli Kərimli belə deyir və fikrini tamamlayır: “Bu gün növbəti bir sifarişli məhkəmənin şahidi olduq. Bayram Məmmədov törətmədiyi əmələ görə, 10 il müddətinə azadlıqdan məhrum edildi. Hesab edirəm ki, hakimiyyət öz mənafeyi baxımından da səhv qərar verdi”.

Buna da bax:​ İlham Əliyevin övladlarının London mülkləri də əldən çıxa bilər [video]

“Hakimiyyət... kinlə, qəddarlıqla cəzalandırdı”

Əli Kərimli
Əli Kərimli

AXCP sədrinin sözlərinə görə, hər iki gənc qısa zamanda azadlığa çıxacaq, çünki siyasi hakimiyyətin ömrü də getdikcə qısalır:

“Hakimiyyət bu gənc fəalları qanunların gücü ilə cəzalandırmadı. Onları şəxsi-qərəzliklə, kinlə, qəddarlıqla, qisasçılıqla cəzalandırdı. Məqsəd gənclərdə qorxu yaratmaqdır. Amma Qiyasın və Bayramın həbsindən sonra Gəncədə divarlara və Bakıda Heydər Parkında şüar yazılması əyani sübutdur ki, gənclər qorxmurlar. Bu gün Bayram cəsarətli və sanballı çıxış etdi. O, azadlıq yolunda həyatını qurban verməyə hazır olduğunu bildirdi. Bu, Azərbaycanda mütərəqqi, cəsarətli gənclik yetişdiyini, hakimiyyətin zora, repressiyaya istinad edən siyasətinin məqsədinə çatmadığını göstərir”.

Buna da bax:​ Leyla Yunus Avroparlamentdə hakimiyyəti yıxıb-sürüdü

“Belə bir iddia varsa...”

Fazil Mustafa
Fazil Mustafa

Deputat, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Fazil Mustafa həmin gəncin Azərbaycanda növbəti məhkəmə instansiyalarına müraciət etmək hüququna diqqət çəkir: “Yuxarı instansiya məhkəmələrini keçib Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər. Cəzanın ağırlığı ilə bağlı bu instansiyanın tədbir görməsi, onun azaldılması mümkündür. Hesab edirəm, bu yolla irəliləyişə nail olmaq olar”.

Deputat məhkəmə qərarlarının müəyyən dərəcədə “sərt, ağır olması” haqda cəmiyyətdə həmişə fikirlər səsləndiyini və belə məsələləri məhz yuxarı instansiya məhkəməsinin araşdırmalı olduğunu bildirir.

Fazil Mustafa: 'İndiki halda məhkəmənin qərarına münasibət bildirməyin mənası qalmır'
Gözlə

No media source currently available

0:00 0:01:14 0:00
Direct-ə keçid

Fazil Mustafa gənc fəalın əqidəsinə, Heydər Əliyevin heykəlinə şüar yazdığına görə, saxta narkotik ittihamıyla azadlıqdan məhrum edilməsi barədə deyilənlərə birbaşa münasibətini açıqlamayıb: “Belə iddia varsa, Avropa İnsan Haqları Məhkəməsinə üz tutmaqla, obyektiv qərarı orada qəbul etdirə bilərlər. Ancaq indiki halda məhkəmənin qərarına subyektiv mülahizələrlə münasibət bildirməyin mənası qalmır”.

Buna da bax:​ 'Kitabçada mənim adımdan 'oğru İlham Əliyev' yazıblar'

Apelyasiya şikayəti veriləcək

Gənc fəalın vəkili Elçin Sadıqov hökmdən apelyasiya şikayəti veriləcəyini bildirib. Müdafiəçi deyir ki, Bayram Məmmədova qarşı narkotik ittihamı hüquqi əsaslarla da öz təsdiqini tapmadı: "Hal şahidləri polislə əməkdaşlıq edən adamlar idi. Heç bir mötəbər sübut yox idi. Biz apelyasiya şikayəti verəcəyik. Sona qədər - Bayram Məmmədova bəraət alana qədər bu işi davam etdirəcəyik".

XATIRLATMA

Bayram Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə bu il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Buna da bax:​ Bayram: «Məqsədim «böyük qardaş»ı qəzəbləndirmək idi»

Qiyas İbrahimov oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Gənc fəal özü də məhkəmədə deyib ki, o, məhz Heydər Əliyevin doğum günü abidəsinə «Qul bayramınız mübarək!» yazdığına görə həbs edilib.

Buna da bax:

Qiyas İbrahimov 10 il azadlıqdan məhrum edildi
Gözlə

No media source currently available

0:00 0:01:59 0:00

XS
SM
MD
LG