Bakıda "Tarix terminləri lüğəti" çapdan çıxıb.
Kitabın müəllifi tarix elmləri doktoru Aydın Balayevdir.
Buna da bax: 'Kəlağayı' kitab oldu
Lüğətdə tarix elmi və köməkçi tarix fənlərinə aid 2500-ə yaxın söz və ifadənin izahı verilib.
Bu kitab təkcə tarixçilər, arxeoloqlar, etnoqraflar, tarix fakültələrinin tələbələrindən ötrü deyil, həm də geniş oxucu kütləsinə nəzərdə tutulub.
Buna da bax: 'Tarixi-Nadir' Azərbaycan dilinə tərcümə edilib
Lüğət AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun qərarı ilə çapa tövsiyə olunub.
Kitabı "Altun Kitab" nəşriyyatı çap edib.