Martın 28-də Sabunçu rayonunda yerləşən M. Şəhriyar adına kitabxananın rekonstruksiyadan sonra açılışı olub.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin yaydığı xəbərə görə, kitab evi tərzində düzənlənən yeni nəsil kitabxananın özəlliyi 5 minə yaxın yeni və müasir kitablardan ibarət fondun daima yenilənməsi, oxucuya sərbəst seçim imkanı verilməsi, eləcə də əhalinin hər sahədə daha geniş məlumat əldə edə bilməsidir. Dünyada tətbiq edilən bu ideya ilk dəfə Bakının Sabunçu qəsəbəsində gerçəkləşdirilib.
Buna da bax: Azərbaycanca beş min kitabın toplandığı android üçün proqram çıxdı
2017-ci ilin sonuna qədər paytaxtın bir neçə rayonunda da kompleks kitabxanaların açılışı nəzərdə tutulub. Kitabxananın açılışında Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Sabunçu Rayon İcra Hakimiyyətinin təmsilçiləri, mədəniyyət işçiləri və media nümayəndələri iştirak ediblər.
Qonaqlar yeni kitabxana kompleksi ilə tanış olublar. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuat nümayəndələrinin suallarını cavablandırıb.