Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 03:40

Əti, yağı bahalandıran... pambıqdı [Ekspert rəyi]


Pambıqçı qadınlar İlham Əliyevdən nə istədi? [Video]
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00

Pambıqçı qadınlar İlham Əliyevdən nə istədi? [Video]

Dövlət Gömrük Komitəsinin məlumatına görə, ölkədə ət, süd və yağ idxalı artıb.

Komitə bildirir ki, 2017-ci ilin yanvar-sentyabr aylarında ölkəyə dəyəri 46 mln. 551,95 min dollar olan 30 min 387,31 ton ət idxal edilib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 min 202,85 ton və ya 50,55 faiz çoxdur.

Məbləğ baxımından isə illik artım 22 mln. 251,74 min dollar olub.

Eyni vəziyyət süddə və kərə yağında da özünü göstərir.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov Azadlıq Radiosuna deyib ki, bu ilin 9 ayında ölkəyədiri heyvanların, ət və süd məhsullarının idxalı ümumilikdə 35 faiz artıb.

Buna da bax: Deputat: '2017-ci il ağır ildir. 2018-də...' [proqnozlar]

İdxalın artmasının səbəbləri...

Vahid Məhərrəmov hesab edir ki, ölkə əhalisinin alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşdüyü bir vaxtda heyvandarlıq məhsullarının idxalının artması istehsalının azalması ilə əlaqədardır.

Ekspert deyir ki, daxili istehsalın azalması nəticəsində heyvandarlıq məhsullarının topdan və pərakəndə satış qiymətləri 40-50 faiz bahalaşıb.

V. Məhərrəmovunfikirncə, heyvandarlıq məhsullarının istehsalının azalmasına səbəb isə hökumətin müdaxiləsi nəticəsində bu sahədə yaranmış problemlərdir.

“150 min hektardan artıq örüş sahəsini...”

Ekspert təəssüflənir ki, yem istehsalında ciddi problemlər var:

“Dövlət proqramına əsasən, qarışıq yem istehsalının 2 milyon tona çatdırılacağı deyilirdi. Amma keçən il cəmi 12 min ton qüvvəli yem istehsal olunub. Ot istehsalı ilə bağlı rəsmi rəqəmlərdə göstəricilər yüksəlsə də, reallıqda geriləmə müşahidə edilir. Kifayyət qədər yem tədarük edilmədiyi üçün ölkədə ət, süd, yumurta istehsalını artırmaq mümkün olmur. Ölkədə 2 milyon 800 min başa qədər mal-qara, 8 milyon 800 min baş xırdabuynuzlu heyvan var. Amma yetərincə yem istehsal olunmur. Digər tərəfdən, son 2-3 ildə 150 min hektardan artıq örüş sahəsini, təbii biçənək ərazilərini əkinə veriblər. Onsuz da ölkədə mövcud olan örüş sahələri, təbii biçənək əraziləri normadan 2 dəfə az idi”.

Vahid Məhərəmov vurğulayır ki, son 2 ildə 20 min hektar çoxillik yem bitkisi (yonca) sahəsini ləğv etdirib yerində pambıq əkiblər.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

“Pambığın xeyri az, ziyanı çoxdur”

“Nəticədə ümumi pambıq istehsalı nisbətən artsa da, heyvandarlıq məhsulları istehsalı azaldı. Ancaq 2016-cı ilin 9 ayı ilə müqayisədə bu il pambıq ixracından əlavə 23 milyon dollar vəsait əldə olunub. Eyni müddət ərzində heyvandarlıq məhsulları idxalı üçün əlavə 62 milyon dollar vəsait xərclənib. Yəni, pambıqdan gələn gəlirdən 2,7 dəfə çox heyvandarlıq məhsullarının idxalı üçün ölkədən valyuta çıxarılıb. Ümumilikdə isə bu il pambıq satışından ölkəyə 41 milyon dollar vəsait daxil olduğu halda, heyvandarlıq məhsulları idxalı üçün ölkədən 185 milyon dollar vəsait çıxarılıb.”.

Ekspert xatırladır ki, avqust ayında ölkəyə gətirilən kərə yağının qiyməti 30 faiz bahalaşıb. Son dövürlər dünya bazarında pambığın qiymətinin 20 faiz ucuzlaşdığı bildirilir.

Buna da bax:​ Bu il Azərbaycan iqtisadiyyatı 1.4 faiz azalacaq

Vahid Məhhərrəmov deyir ki, bu hökumətin pambıq siyasətinin uğursuzluqla nəticələndiyinin göstəricisidir:

“Örüş, təbii biçənək, yonca sahələrini pambıq əkini üçün şumlatdılar. Əvəzində heyvanların normal qidalanması üçün yem bazası yarada bilmədilər. Nəticədə heyvandarlıq məhsulları istehsalı kəskin şəkildə azaldı, idxal isə artdı. Bu səbəbdən də ət, ət məhsullarının, süd və süd məhsullarının qiyməti bahalaşıb”

“Süd istehsalında daxili təminat 88 faizdir”

Ancaq rəsmilər məslənin belə izahnı qəbul etmirlər.

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Qalib Abduləliyev bu yaxınlarda mətbuata açıqlamasında bildirmişdi ki, ötən ilin yekunlarına görə süd istehsalında artım baş verib.

“Artım 4,4 faizdən çox olub. İlin yekunlarına kimi ötən ildən çox artım gözlənilir. Hazırda illik süd istehsalı təqribən 2 milyon 100 min tona qədərdir. Azərbaycanın südlə təminat səviyyəsi daxili istehsal hesabına 88 faiz təşkil edir.” - deyə, o vurğulayırdı.

Nazirlik rəsmisi ətin bahalaşmasını isə digər sahələrdə gedən qiymət artımı ilə izah edirdi:

“Bu digər mal və xidmətlərin qiymətlərinin dəyişməsinə uyğun olaraq dəyişib. Yanacağın, digər istehlak mallarının, tikinti materiallarının qiymətini nəzərə alın. Hamısı daşınma və istehsal xərclərinə təsir göstərir. Ət istehsalçısının yeganə məhsulu ət və ət məhsullarıdır. Fermer bu satışdan o qədər gəlir əldə etməlidir ki, digər ehtiyaclarını da ödəyə bilsin. Ona görə hamısı bir-birilə bağlıdır və ətin qiymətinə də təsir edir”.

Üstəlik, rəsmilər bildirirlər ki, pambıqçılığın inkişafı həm də yeni iş yerlərinin açılmasına təkan verir.Prezident İlham Əliyev bu il keçirilən müşavirələrin birində deyib ki, pambıqçılıq hesabına 200 insan əlavə iş yeri qazanacaq.

XS
SM
MD
LG