Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:09

Dünyada 199 milyon qadın şəkər xəstəsidir


Şəkər xəstələri üçün dərman preparatı
Şəkər xəstələri üçün dərman preparatı

Hazırda dünyada 199 milyon qadın şəkərli diabet xəstəsidir və bu rəqəmin 2040-cı ilədək 313 milyona çatacağı gözlənir.

14 noyabr – qlobal diabet xəstələri günüdür. Bu gün 1991-ci ildə Beynəlxalq Diabet Federasiyası (IDF) və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən yaradılıb.

2006-cı ildə isə BMT bu günü Ümumdünya Diabet Günü elan edib.

HƏR İL DİABETDƏN 2,1 MİLYON QADIN ÖLÜR

Builki diabet gününün mövzusu “Qadınlar və diabet: sağlam gələcəyə haqqımız”dır.

Dünyada diabetin qadınları ölümə aparan səbəblər içində doqquzuncu olduğu bildirilir, hər il bu xəstəlikdən 2,1 milyon qadın ölür.

Sosial-iqtisadi şəraitin də qadın və qızların şəkər xəstəliyinə tutulmasında rolu var. Belə ki, bu xəstəliyin profilaktikası, erkən aşkarlanması, diaqnoz qoyulması, müalicəsinə, özəlliklə inkişaf etməkdə olan ölkələrdə əngəllər az deyil.

Zəif qidalanma, fiziki hərəkətsizlik, tütündən istifadə, alkoqoldan aşırı istifadə də qadınları diabet riskinə məruz qoyur.

Diabet xəstəsi olan hər beş qadından ikisi reproduktiv yaşdadır və dünyada onların sayı 60 milyondan çoxdur. Bu qadınların hamilə qalması çətinləşir, hamiləlikləri çox vaxt uğurlu sonuclanmır.

*** Buna da bax: Dünyanın ən sağlam və qeyri-sağlam ölkələri

Hər yeddi doğuşdan birində diabetə yoluxma (GDM) qeydə alınır ki, bu da ana və uşağın səhhətinə ciddi təsir göstərir. GDM-ə yoluxmuş qadınlarda hamiləlikdə çətinliklər olur, yüksək qan təzyiqi, çətin doğuş, dölün çəkisinin böyüklüyü kimi problemlərlə üzləşirlər.

Şəkər xəstəsi olan qadınlar və qızların daha çox ayrıseçkiliklə üzləşdikləri bildirilir. Kişilərlə müqayisədə gördükləri münasibət onları diaqnoz və müalicədən çəkindirir.

XS
SM
MD
LG