Carles Puigdemont Belçikaya qayıdıb və Kataloniyanın müstəqilliyi uğrunda mübarizəni davam etdirəcəyini bəyan edib.
Assosiated-Press agentliyinin məlumatına görə, Puigdemont Brüsseldə Kataloniya hökumətinin hazırkı başçısı Kim Torre ilə görüşüb.
Agentliyin məlumatına görə, Kim Torre Brüsselə məhz Puigdemont-la görüşmək üçün gəlibmiş.
Carles Puigdemont bu ilin yazından Almaniyada idi.
Amma İspaniyanın Ali məhkəməsi ötən həftə onun həbsinə beynəlxalq orderi götürüb.
Almaniya məhkəməsi Puigdemontu yalnız dövlət əmlakını məsrəf etmə ittihamına görə eksradasiya etmək qərarına gəldiyinə görə, Madir belə bir addım atmalı olub.
Belə ki, Almaniya məhkəməsinin qərarı, Madridin imkanlarını daraldıb.
İspaniya hakimiyyəti Puigdemontu həm də qiyam cəhdində ittiham edirdi.
Buna da bax:"Məhkəmə:"Puigdemont yenidən Katoloniya lideri ola birlər, amma ölkəyə gəlməlidir"
Amma İspaniya hakimiyyəti ümumilikdə ona qarşı ittihamları hələ də saxlayır.
Carles Puigdemont və tərəfdarları ötən ilin payızında Kataloniyada müstəqilliklə bağlı referendum keçirdilər və region sakinlərinin çoxu müstəqilliyə səs vedilər.
Amma İspaniya hakimiyyəti referendum qanunsuz elan elədi.
Puigdemont bundan sonra ölkəni tərk etmək məcburiyyətində qaldı və Belçikadan siyasi sığınacaq aldı.