Danske Bank-ın rəhbəri istefaya getditini bəyan edib.
“Estoniyada mümkün çirkli pulyuma məsələsində Danske Bank-ın öz məsuliyyətini yerinə yetirə bilmədiyi aydındır”, – Thomas Borgen sentyabrın 19-da yaydığı bəyanatda deyib.
O, istefaya getdiyini bəyan edib.
Bankın yaydığı hesabatda deyilir ki, 2007-2015-ci illərdə gerçəkləşdirilmiş tranzaksiyaların “böyük əksəriyyəti şübhəli hesab olunub”. Çirkli pulların bankın Tallin filialı vasitəsliə Rusiya və digər keçmiş sovet ölkələrindən axdığı iddia olunur.
Kopenhagendə mənzillənən bank bildirir ki, “Estoniyanın qeyri-rezident müştərilərinin gerçəkləşdirdiyi şübhəli tranzaksiyaların dəqiq hesablamasını” apara bilmirlər. Ancaq o da bəllidir ki, Estoniya filialı vasitəsilə cəmi 200 milyard avro (234 milyard dollar), yəni ölkənin 2017-ci ildəki ÜDM-dən doqquz dəfə artıq vəsait yuyulub.
Bu pullar 15 min hesabdan keçib.
“Bu müştərilərin demək olar hamısı barədə hakimiyyətə bilgi verilib”, – bank vurğulayır.
Danske Bank-la bağlı Danimarka və Estoniyada artıq təhqiqat aparılır.
Məlumatlara görə, ABŞ-ın hüquq-mühafizə orqanları da bu işi nəzərdən keçirir.
***
Danimarkanın ən böyük bankı milyardlarla avronun Rusiya və keçmiş sovet ölkələri ərazisindən necə çıxarılmasına dair hesabat açıqlayacaq. Söhbət bankın Estoniyadakı filialı vasitəsilə çirkli pulyumadan gedir.
Danske Bank-ın bu gün açıqlayacağı hesabatda çirkli pulyumanın əsas problemlərindən, eləcə də Avropanın nizamlayıcı qurumlarının özəlliklə keçmiş sovet Baltik ölkələrində problemi önləyə bilməməsindən söz açılacaq.
Medianın bu yaxınlarda iddia etməsinə görə, Danske-nin Estoniya filialı vasitəsilə 150 milyard dollaradaək vəsaitin yuyulub.
“Wall Street Journal” bu ayın əvvəlində yazırdı ki, ABŞ-ın hüquq-mühafizə agentlikləri Danske Bank vasitəsilə çirkli pulyumanı araşdırır.
Bu ilin əvvəlində ABŞ hakimiyyəti Latviyanın ABLV bankını çirkli pulyumanı ört-basdır etməkdə suçlayıb. Bu banka ABŞ dolları verilmədi və o, iflas etdi.