Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:56

Rusiya ABŞ-la silahlara nəzarət sazişini uzatmaya bilər


Vladimir Putin beynəlxalq agentlik rəhbərləri ilə görüşdə
Vladimir Putin beynəlxalq agentlik rəhbərləri ilə görüşdə

Prezident Vladimir Putin deyir ki, Birləşmiş Ştatlar yeni START – Strateji Silahların İxtisarı Müqaviləsinin uzadılmasında maraqlı deyilsə, Rusiya da ondan çıxa bilər.

“Bunu uzatmaya da bilərik. Sistemlərimiz yetərincə uzun müddətə Rusiyanın təhlükəsizliyini təmin edə bilər”, – Putin iyunun 6-da Sankt Peterburq Beynəlxalq İqtisadi Forumunda deyib.

“Yeni START müqaviləsini heç kəs uzatmaq istəməzsə, yaxşı, biz də etmərik”, – beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşən Putin vurğulayıb.

Yeni START müqaviləsi 2010-cu ildə Praqada imzalanıb, tərəflər onu beş illiyə uzatmazlarsa, 2021-ci ildə müddəti bitir.

Rusiyanın Topol M qitələrarası ballistik raket buraxıcısı
Rusiyanın Topol M qitələrarası ballistik raket buraxıcısı

“Hər şey 2021-ci ildə bitir”

Bu pakt START 1 sazişinə əsaslanır, həmin sənədlə iki ölkənin malik olduğu strateji nüvə başlıqlarının və buraxıcılarının sayı yarıbayarı azaldılıb.

“Hər şey 2021-ci ildə bitir. Silah yarışmasını məhdudlaşdıracaq alət qalmayacaq”, – Putin vurğulayıb.

Birləşmiş Ştatlar fevralda daha bir silah razılaşmasından – 1987-ci ildə imzalanmış Ortamənzilli Raket Qüvvələri (INF) sazişindən çıxıb. Həmin sazişlə raketlərin bütöv bir sinifi məhv edilmişdi. Birləşmiş Ştatlar və müttəfiqləri Rusiyanı bu paktı pozan raket sistemi yerləşdirməkdə ittiham edib.

İttihamı rədd edən Rusiya oxşar addım atıb. Moskva da öz növbəsində Birləşmiş Ştatları sazişi pozmaqda ittiham edir, Vaşinqton iddianı rədd edir.

Putin deyib ki, ABŞ Prezidenti Donald Trump ilə son telefon söhbəti ona silahlara nəzarət məsələləri ilə bağlı “nikbin” olmağa əsas verib, ancaq o, praktik addımların vacibliyini vurğulayıb.

Rusiya prezidenti müzakirələrə nüvə silahlı bütün ölkələrin qatılmalı olduğunu qeyd edib.

XS
SM
MD
LG