Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:11

Şimali Koreya yeni raket sınağı keçirib


Şimali Koreya yeni raket sınağı keçirib, 25 iyul , 2019.
Şimali Koreya yeni raket sınağı keçirib, 25 iyul , 2019.

Şimali Koreya azı iki raket sınağı keçirib.

Bu barədə iyulun 25-də Cənubi Koreyanın qərargah rəisləri birgə komitəsi məlumat yayıb.

Amma hələlik raketlərin növü barədə məlumat verilmir.

AFP agentliyinin adı çəkilməyən ABŞ rəsmisinə istinadla verdiyi məlumata görə, ragetlər qısa mənzilli olub.

Raketlərin 430 kilometrlik məsafədə dənizə düşdüyü və heç bir təhlükə törətmədiyi bildirilir.

Qeyd edək ki, Şimali Koreya bu ilin mayında bir neçə qısa mənzilli raketin sınağını keçirib.

Aprelin ortalarında isə Şimali Koreya prezidenti Kim Jong Un-ın iştirakı ilə yeni tipli taktiki təyinatlı idarə olunan raketlərin sınağı keçirildi.

Fevralın sonlarında Şimali Koreyanın nüvə proqramı ilə bağlı Hanoyda ABŞ prezidenti Donald Trump və Kim Jong Un arasında keçirilən son danışıqlar heç bir nəticə vermədi və görüş yarımçıq dayandırıldı.

Həmin görüşdə Pxenyanın bütün nüvə proqramını dayandırması və əvəzində ABŞ-ın Şimali Koreyaya qarşı bütün sanksiyaları ləğv etməsi müzakirə olunurdu.

XS
SM
MD
LG