Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:00

Rusiyada kasıbların sayı artır


İllüstrativ foto
İllüstrativ foto

Bu ilin birinci rübündə Rusiyada yoxsulların sayı ötən ilin eyni dövrüylə müqayisədə 500 min nəfər artaraq 21 milyona çatıb. Məlumatı Rosstat dərc edib.

Söhbət aylıq gəliri yaşayış minimumundan az olan vətəndaşlardan gedir. Hazırda yaşayış minimumu 10 min 753 rubldur.

Statistika idarəsi yoxsulların sayını artmasının «istehlakçı qiymətləri indeksi ilə müqayisədə yaşayış minimumunun yüksəlməsi” ilə izah edir.

Rosstat-ın məlumatına görə, yaşayış minimumumu 7,2%, istehlakçı qiymətləri indeksi isə 5,2% yüksəlib.

Bundan başqa, bu ilin aprelindən əhalinin real gəlirlərinin yeni metodologiya ilə hesablandığı da bir səbəb kimi göstərilir.

Rosstat həmçinin yoxsulluq həddi göstəricisinin mövsümi xarakter daşıdığını vurğulayır – belə ki, bu göstərici birinci rübdə maksimum, sonuncu rübdə isə minimum səviyyədə olur, çünki ilin sonunda bəzi işçilər ilin yekununa görə pul mükafatı alırlar.

XS
SM
MD
LG