Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:59

Braziliya prezidenti G7-nin kömək təklifini rədd edib


Amazonda yanğın
Amazonda yanğın

Braziliyanın ifrat sağçı populist prezidenti Jair Bolsonaro G7 ölkələrinin Amazon tropik meşələrindəki yanğının söndürüməsində onun ölkəsinə kömək təklifini rədd edib.

O Twitter-də yazdığı postda G7 liderlərinin təşəbbüsünü Braziliyanın suvernliyinə qəsd kimi dəyərləndirib.

Onun yazdığına görə bu o deməkdir ki, “Braziliya ilə müstəmləkə və ya sahibsiz ərazi kimi rəftar ediləcək”.

Amma tənqidçilər Bolsonaronu Amazon meşələrinin məhvinə “yaşıl işıq” yandırmaqda ittiham ediblər.

***

Bu gün – avqustun 26-da dünyanın ən varlı demokratiyalarının Böyük Yeddilik (G7) qrupunun sammiti başa çatır. ABŞ Prezidenti Donald Trump fransalı həmkarı Emmanuel Macron ilə birgə mətbuat konfransı keçirəcək.

Ağ ev bildirib ki, Macron sammitin yekun sual-cavab sessiyasında Trump-a qoşulacaq.

G7 liderləri avqustun 25-də bəyan ediblər ki, Amazon tropik meşələrində yanğının söndürülməsində Braziliyaya kömək etməyə hazırlaşırlar.

G7-yə etiraz aksiyası
G7-yə etiraz aksiyası

“Yerimizin ağ ciyərinə təsir göstərilir”

Fransa Prezidenti Emmanuel Macron deyib ki, sammitin ikinci günündə liderlər Braziliyanı necə dəstəkləməklə bağlı razılaşma əldə etmək üzrədirlər. Onun sözlərinə görə, razılaşmaya həm texniki, həm də maliyyə mexanizmləri salınacaq.

Sammit Fransanın Biarritz şəhərində keçirilir.

Almaniya Kansleri Angela Merkel deyib ki, ölkəsi və digərləri yanğın söndürülən kimi Braziliya ilə meşələrin seyrəlməsi ilə bağlı danışıq aparacaqlar.

“Əlbəttə, burası Braziliya ərazisidir, ancaq tropik meşə məsələsi qlobal problemdir. Yerimizin ağ ciyərinə təsir göstərilir və biz ümumi həll yolları tapmalıyıq”, – o vurğulayıb.

Papa Francis də Braziliyadakı yanğınlarla bağlı narahatlıq səsləndirib. Onun doğma vətəni Argentina Braziliya ilə həmsərhəddir.

O, Müqəddəs Patrik Meydanına yığışanlara deyib ki, Amazon yanğınlarından “hamımız narahatıq”. O xəbərdarlıq edib ki, yaşıl “meşəli ağciyər planetimiz üçün həyati əhəmiyyətlidir”.

Prezident Donald Trump administrasiyası iqlim dəyişikliyi üzrə Macron və digərlərindən fərqli mövqe tutur.

XS
SM
MD
LG