Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 03:07

Pompeo: Trump-ın Rohani ilə 'heç bir şərt qoymadan' görüşməsi mümkündür


Dövlət katibi Mike Pompeo
Dövlət katibi Mike Pompeo

ABŞ dövlət katibi Mike Pompeo Tehranı Beynəlxalq Atom Enerjisi Agentliyi ilə tam əməkdaşlıq etməməkdə günahlandırıb.

O deyib ki, bu, İranın “bəyan edilməmiş nüvə materialı və fəaliyyəti ilə məşğul ola biləcəyinə dair şübhələr yaradır”.

Pompeo sentyabrın 10-da yazdığı tvitdə bildirir ki, Tehranın BMT-nin nüvə gözətçisi ilə əməkdaşlıq etməməsi “İranın 40 illik yalanlar xislətinə” uyğun gəlir:

"Dünya buna aldanmayacaq. Biz rejimin nüvə silahına gedən bütün yollarını bağlayacağıq”.

Pompeonun bu bəyanatı Vaşinqtonun 2019-cu il BMT Baş Assambleyasından əvvəl mümkün qədər çox ölkəni Tehrana təzyiq göstərməyə sövq etmək cəhdləri ilə eyni vaxta təsadüf edir.

Lakin bu tvitdən az sonra Pompeo müxbirlərə deyib ki, assambleya zamanı prezident Trump-ın İran prezidenti Hassan Rohani ilə “heç bir şərt qoymadan” görüşməsi mümkündür. Baş Assambleya sentyabrın 23-də açılır.

Fransa Trump-ın İran liderləri ilə görüşməsinə nail olmağa çalışır.

İran habelə Beynəlxalq Atom Enerjisi Agentliyi direktorlar şurasının sentyabrın 9-da keçirilən iclasında tənqid olunub.

Təşkilatın baş katibi Cornel Feruta deyib ki, o Tehrana səfəri zamanı İrana BMT müfəttişləri ilə “tam və vaxtında” əməkdaşlıq etməyin mühümlüyü barədə xəbərdarlıq edib.

Bundan əvvəl Beynəlxalq Atom Enerjisi Agentliyinin müfəttişləri İsrail kəşfiyyatının İranda müəyyənləşdirdiyi bir nüvə qurğusunda nüvə materialının izlərini tapdıqlarını bildirmişdilər.

Agentlik habelə İranın yeni sentrifuqları quraşdırdığına dair bəyanatının dəqiqliyini təsdiqləyib.

Sentyabrın 9-da prezident Trump müxbirlərə Rohani ilə görüşün “mümkün” olduğunu deyib:

"Görüşməkdə heç bir problem yoxdur. İran özünü qaydaya salmalıdır, çünki açığını desək, onların bu saat vəziyyəti çox pisdir və onlar özlərini çox asanlıqla qaydaya sala bilərlər”.

XS
SM
MD
LG