Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:23

İnterneti kəsənlər cəzalandırılacaqmı?


Mitinq günü internet niyə kəsilmişdi?
Gözlə

No media source currently available

0:00 0:15:05 0:00

Mitinq günü internet niyə kəsilmişdi?

Müstəqil jurnalist Kamran Mahmudov “Bakcell” şirkətini məhkəməyə verməyə hazırlaşır. O deyir ki, oktyabrın 19-da günorta saatlarında 4 saat internetə girişi məhdudlaşdırılıb, bununla da onun istehlakçı hüquqları ciddi şəkildə pozulub:

“Bilirsiz ki, həmin gün Bakının mərkəzində mitinq varıydı, mən də bir jurnalist kimi hadisələri izləməli, əməkdaşlıq etdiyim media qurumlarına məlumat ötürməli idim. Amma mən evdən çıxdıqdan sonra tamamilə internetsiz qaldım, telefonumda ümumiyyətlə internetə giriş imkanlarım olmadı. Şəhərdə bir neçə nəfərlə də maraqlandım, məlum oldu ki, hər kəsdə eyni problem var. Hardasa 4 saat internetsiz qaldım. Halbuki mən hər ay vaxtlı-vaxtında internet xidmətləri üçün haqq ödəyirəm. Bir gün gecikdirsən, dərhal interneti kəsirlər. İndi 4 saat internetsiz qalmaqla mənim, istehlakçı hüquqlarım pozulub”.

Kamran Mahmudov deyir ki, internetin dayandırılması bir neçə müxalifət partiyası və ictimai fəalın birləşdiyi Milli Şuranın oktyabrın 19-da Bakının mərkəzində keçirdiyi aksiya müddətində kəsilib.

Media eksperti Ələsgər Məmmədli öz Facebook hesabında yazdığı statusda bu halı qeyri-rəsmi fövqəladə vəziyyət adlandırmışdı. O vurğulayır ki, mobil operatorlar və internet provayderləri şəhərin mərkəzində interneti bir neçə saat bağlamaqla biznes mühitinə, cəmiyyətə milyonlarla manat zərər vurub.

Ələsgər Məmmədli hesab edir ki, bu ciddi qanunun pozuntusudur və zərərçəkənlər məhkəmə qaydasında öz haqlarını müdaifə etməlidirlər.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Mitinqlər vaxtı internetin kəsilməsinə münasibətiniz?
Gözlə

No media source currently available

0:00 0:01:22 0:00

Oxşar cavablar

AzadlıqRadiosu Bakıdakı ən iri internet provayderlərinə və mobil rabitə operatorlarına informasiya sorğusu yollayıb. Müxalifətin aksiyası zamanı internetin kəsilməsi iddalarına münasibət öyrənməyə çalışıb. Amma veriliş efirə gedənəcən yalnız Bakcell və Azerfondan sorğuya cavab gəlib. Hər ikisi də bunu texniki səbəblərlə izah edib:

Bakcel: “Mobil şəbəkədə müəyyən səbəblərdən texniki çətinliklər baş verə bilər. Belə hallarla üzləşən abunəçilər ünvanı və mobil telefon nömrəsini qeyd etməklə “Bakcell”in Əlaqə Mərkəzinə müraciət etməlidirlər”.

Azərfon: “Nar” bütün ölkə boyunca abunəçilərinə yüksək keyfiyyətli mobil rabitə xidməti təqdim edir. Lakin rabitə xidmətlərinin təminatında fasilələrin yaranması mümkündür. Bu cür hallar baş verən zaman şəbəkəyə nəzarət edən peşəkar heyətimiz rabitə xidmətlərinin qısa zamanda bərpa edilməsi üçün bütün zəruri addımları atır."

"19 oktyabr internetin kəsilməsi üçün məşq idi"

İnternetin etiraz aksiyasına görə bilərəkdən kəsilməsi ilə bağlı səslənən iddialara bu sahəyə nəzarət edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən veriliş efirə gedənəcən cavab ala bilmədik.

Azad İqtisadiyyata Yardım İctimai Birliyinin rəhbəri Zöhrab İsmayıl hesab edir ki, Azərbaycandakı internet provayderləri və mobil rabitə operotorları müstəqil deyil.

Onlar hökumətin tapşırığı ilə aksiya zamanı interneti məhdudlaşdırıb. Zöhrab İsmayılın fikrincə, 19 oktyabr aksiyasındakı təcrübədən hökumət gələcəkdə də istifadə edə bilər:

“Hökumət hansısa internet provayderlərinə, mobil operatorlara göstəriş versə ki, filan ərazidə interneti kəsin, onlar da kəsəcəklər. Yəni, əks halda onlar işləyə bilməzlər. Sadəcə olaraq, belə bir təcrübənin olması çox pisdir. Yəqin ki, bunu gələcəkdə də davam edəcəklər. Çünki illərdir hökumət hansısa formada sosial şəbəkələri bağlamaq və ya nəzarətdə saxlamaq istəyir. Amma hələki buna nail ola bilər. Amma 19 oktyabr onlar üçün həm də bir eksperiment oldu. Çox böyük ehtimalla hökumət bu metodlardan çox geniş istifadə edəcək”.

Birinci ailə və dövlət

Zöhrab İsmayıl deyir ki, Azərbaycanda mobil rabitə operatorları və iri internet provayderləri ya birinci ailəyə, ya da dövlətə məxsusdur. Belə olan halda isə bu sahədə müstəqillikdən danışmaq əsassızdır.

Azərbaycanda 3 mobil rabitə operatoru Azercell, Bakcell və Nar mobile fəaliyyət göstərir.

AzadlıqRadiosunun OCCRP Mütəşəkkil Cinatəkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi ilə birgə bir neçə il əvvəl apardığı araşdırmaya görə Azercell və Azerfonun səhmdarları arasında prezident qızları Leyla və Arzu Əliyevalar da var.

Amma 2018-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azercellin 51 faizlik payını aldığı haqda məlumat yaymışdı.

Lakin Azercellin rəsmi səhifəsində bu haqda məlumat öz əksini tapmayıb.

Hakimiyyət təmsilçiləri prezident qızları haqda araşdırmaları nə təkzib, nə də təsdiq edib. Amma Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Virtualaz.org saytına bu araşdırmaları "Qərbdəki müəyyən dairələrin Azərbaycana qarşı təşkil olunmuş “qara piar” kampaniyasının tərkib hissəsi adlandırıb.

XS
SM
MD
LG