Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:02

Sanksiyalar genişləndikcə İran da aqressiyanı 'artıra bilər'


Səudiyyədə neft obyektlərini vurduğu bildirilən silahların qalıqları
Səudiyyədə neft obyektlərini vurduğu bildirilən silahların qalıqları

Birləşmiş Ştatlar İranla humanitar ticarətə müəyyən səviyyədə imkan yaratmağa çalışır. Ancaq eyni zamanda sanksiyaları gücləndirməsi Tehranın ərzaq və dərman idxalını daraldır. “Stratfor” araşdırmalar mərkəzi yazır ki, ABŞ-ın bu yaxınlarda İranın mərkəzi bankına və çirkli pulyuma mexanizminə sanksiyalar açıqlaması iki ölkə arasında mümkün danışıqları çıxdaş edir. https://worldview.stratfor.com/article/iran-may-its-aggression-us-expands-sanctions-maximum-pressure-saudi-oil-attacks

“İran güman ki ABŞ-ın sanksiyaları gecləndirməsinə meydan oxumağa davam edəcək. Növbəti altı həftə İranın Səudiyyə Ərəbistanı və ABŞ-ın Yaxın Şərqdəki digər müttəfiqlərinə hücum etməsinə imkanlar yaradır”, – məqalədə deyilir.

Mərkəz qeyd edir ki, gələn altı həftə ərzində durum pisləşə bilər. Noyabrın 7-də İran 2015-ci il nüvə sazişi öhdəliklərindən uzaqlaşmaq yönündə əlavə addımlarını açıqlamalıdır.

Sentyabrın 14-də Səudiyyənin neft-qaz obyektlərinə hücumlardan sonra ABŞ Tehrana təzyiqi daha da artırıb. İran həmin hücumlarla əlaqəsi olmadığımı desə də, həm ər-Riyad, həm də Vaşinqton onu günahlandırıb.

Proqnozlar

ABŞ-ın son sanksiyaları çərçivəsində İranın əksər bank hesabları bağlana, ölkənin humanitar ticarət üçün maliyyə tranzaksiyaları aparması kəsilə bilər. Məsələn, artıq Malayziya bankları İrandan fərd və şirkətlərin hesablarını bağlamağa başlayıb. “Stratfor” hər bir sanksiyanın İranda ölkəiçi təsiri artırdıdğını qeyd edir. İndi artıq İranda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları belə ölkəyə pul və mal daşımaqda problemlərlə üzləşirlər.

Mərkəz qeyd edir ki, noyabrın 7-də İranın avropalılar üçün qoyduğu 60 gün bitir. Onlar nüvə sazişi çərçivəsində Tehranın maraqlarını qorumalıydılar. Belə bir spekulyasiya var ki, İranın sərt-xətt tərəfdarları Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) ölkənin nüvə obyektlərinə çıxışını məhdudlaşdıra bilər.

“Belə bir aqressiv addım Birləşmiş Ştatlar və BAEA tərəfindən ciddi reaksiyanı təhrik eləyə bilər. Əvəzində İran daha az aqressiv mövqe tutaraq uran zənginləşdirməyə daha artıq sentrifuqa yerləşdirə bilər... Belə bir proses isə BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı yeni sanksiyalarına yol açar, buna nə Rusiya, nə də Çin veto qoya bilər”, – təhlildə vurğulanır.

“Stratfor” İranın Səudiyyənin neft obyektlərinə daha bir hücumunu da istisna etmir. Dekabrda OPEC-in toplantıları olmalıdır. Digər tərəfdən, Səudiyyə Ərəbistanı dövlətə məxsus neft şirkətinin səhmlərinin ilkin kütləvi təklifini planlaşdırır.

“Doğrudur, Səudiyyə Ərəbistanı və Birləşmiş Ştatlar Səudiyyənin neft obyektlərinin müdafiəsini gücləndirib və sentyabrdakına bənzər irimiqyaslı hücum alınmaya bilər. İranın hücumları Avropa ölkələrində bəzilərinin onun raket proqramına yanaşmanı sərtləşdirməsi ilə sonuclandı”, – yazan mərkəz istənilən halda, regionda vəziyyətin qızışması riskinin qaldığını vurğulayır. Belə bir risk isə Səudiyyə və qonşularını əsəbi hala salır.

XS
SM
MD
LG