Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:42

Amerikalılar özlərini ‘ölkələrində yad kimi’ hiss edirlər


Donald Trump
Donald Trump

Amerikalıların çoxunun fikrincə, siyasi mənzərə o qədər dəyişib ki, özlərini “öz ölkələrində yad kimi” hiss edirlər. “Newsweek” bunu yeni rəy sorğusuna istinadla yazır.

“Axios/Survey Monkey” sorğusu ölkə üzrə 2 min 800 yetkin yaşlı arasında oktyabrın 17-dən 20-dək keçirilib.

Beş il qabaqkından daha qəzəblidirlər

Rəyi soruşulanların 60 faizi “işlər o qədər dəyişib ki, özümü ölkəmdə yad kimi hiss edirəm” fikriylə razılaşdığını deyib. Respondentlərin 24 faizi bu bəyanatla “tamamilə”, 34 faizi isə “əsasən” razılaşdığını dilə gətirib.

Siyasi düşərgələrə gəlincə, hər iki tərəfdən yetkin yaşlılar bu fikirlə razıdır, ancaq respublikaçılardan çox demokratlar özlərini bu cür hiss etdiyini söyləyib. Demokratlara meyllənən respondentlərin 70 faizindən çoxu, respublikaçıların isə 52 faizi öz torpaqlarında yad kimi hiss etdiklərini söyləyiblər. Heç bir partiyayla razılaşmayanların çoxu da bu bəyanatla razıdır.

Ümumilikdə isə amerikalılar ölkədə baş verənlərdən qəzəblidir. Rəyi soruşulanların 67 faizi işlərin gedişindən narazıdır. Demokratların 81, respublikaçıların 57 faizi bu fikirdədir.

Üstəlik, sorğu amerikalıların indi beş il qabaqkından, yəni, Donald Trump prezident seçilməzdən öncəkindən daha qəzəbli olduğunu üzə çıxarıb,

Respondentlərin 62 faizi bu gün baş verənlərdən və siyasətdən daha çox qəzəblənirlər. Demokratların 75 faizə qədəri, respublikaçıların isə 57 faizi bu fikirlə razıdır.

Trump-ın reytinqi düşür

Trump-a dəstək reytinqi də düşməkdədir. Rəyi soruşulanların 54 faizi Trump-ı dəstəkləmir, 44 faizi isə dəstəkləyir.

Bu rəy sorğusu Nümayəndələr Palatasında Trump-a qarşı impiçment araşdırmasıyla eyni vaxtda aparılıb. Nümayəndələr Palatasının üzvləri oktyabrın 31-də araşdırmanı açıq dinləmələr şəklində aparmağa səs veriblər.

Trump impiçment araşdırmasını əsassız, “demokratların əcinnə ovu” adlandırır. Ancaq rəy sorğusu üzə çıxarıb ki, sentyabrın sonunda araşdırma başlanandan onun vəzifədən getməsini dəstəkləyənlərin sayı artıb.

İmpiçment araşdırması Trump-ın ukraynalı həmkarı Volodymyr Zelenskiy-yə təzyiq göstərməsi iddialarından dolayı başladılıb. Trump-ın Zelenskiy-dən keçmiş vitse-prezident Joe Biden və oğlu Hunter barədə tədqiqat aparmağı xahiş etdiyi və bunun əvəzində Ukraynaya hərbi yardımı dayandırdığı iddia olunur.

Trump Zelensky ilə telefon söhbətində Biden-ləri müzakirə etdiyini etiraf edir, ancaq heç bir kriminal nöqsana yol vermədiyini deyir.

XS
SM
MD
LG