Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:17

Putin onları təbrik etmədi


Vladimir Putin (sağda) və Volodymyr Zelenskiy
Vladimir Putin (sağda) və Volodymyr Zelenskiy

Rusiya Prezidenti Vladimir Putin ukraynalı və gürcüstanlı həmkarları Volodymyr Zelenskiy Salome Zurabishvili-ni, eləcə də Estoniya, Litva, Latviya və Polşa rəhbərlərini Yeni il münasibətilə təbrik etməyib. Onun adından dekabrın 30-da yayılmış təbrik mesajında 41 ölkə başçısının adı yer alıb.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Putinin təbrikinə əlavələr mümkündür.

“Mesaja liderlərin hamısı salınmayıb. Lazım gələrsə, informasiya əlavə olunacaq”, – Peskov Moskvada jurnalistlərə deyib.

Bayram təbriki alanlar içində ABŞ Prezidenti Donald Trump, Türkiyə Prezidenti Recep Tayyip Erdogan, Çin Prezidenti Xi Jinping, Almaniya Kansleri Angela Merkel, Fransa Prezidenti Emmanuel Macron və Venesuela Prezidenti Nicolas Maduro var.

Putin Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarının liderlərini də unutmayıb.

Rusiya prezidenti 2018-ci ildə də Ukraynanın ovaxtkı prezidenti Petro Poroshenko-nu və Zurabishvili-ni təbrik etməmişdi.

2008-ci ildə Rusiya ordusu Gürcüstanla beşgünlük müharibə aparıb və Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıyıb.

Hazırda Rusiya hərbçiləri hər iki regionda yerləşir və beynəlxalq ictimaiyyət onları işğal olunmuş ərazilər hesab edir.

Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasına da hərbçilərini göndərib və bu ərazini ilhaq edib. Moskva Ukraynanın şərqində separatçıları dəstəkləməyə başlayıb. Həmin ildən bu münaqişədə 14 minədək adam həlak olub.

XS
SM
MD
LG