Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:20

Senat Trump-ın impiçment mühakiməsinə yanvarın 21-də başlaya bilər


ABŞ Senat çoxluğunun lideri Mitch McConnell deyib ki, prezident Donald Trump-ın impiçment mühakiməsi böyük bir ehtimalla yanvarın 21-dən başlana bilər.

Prezidentin qızğın müdafiəçisi sayılan McConnell yanvarın 14-də deyib ki, bu mühakimədən əvvəl işlə bağlı senatorların and içməsi kimi bir neçə prosedur həyata keçirilməlidir.

Bundan əvvəl xəbər verilirdi ki, ABŞ Nümayəndələr Palatası prezident Donald Trump-ın impiçmenti üçün ittiham maddələrinin Senata göndərilməsi məsələsini yanvarın 15-də səsə qoyacaq.

Əgər maddələr Senata göndərilərsə, bu, ABŞ tarixində üçüncü prezidentin impiçmenti olacaq.

Palatanın demokrat spikeri Nancy Pelosi yanvarın 14-də öz partiyasından olan millət vəkilləri ilə görüşərək Trump-ın öz səlahiyyətlərini aşması və ədalətə maneçilik törətməsi ittihamı ilə vəzifəsindən kənarlaşdırılması yolunda növbəti addımları müzakirə edib.

Pelosi deyib:

“Amerika xalqı həqiqəti bilməlidir və Konstitusiya mühakimə tələb edir. Nümayəndələr Palatası yanvarın 15-də impiçment maddələrinin Senata göndərilməsinə və impiçment rəsmilərinin açıqlanmasına səs verəcək. Prezidentdən və senatorlardan hesabatlılıq tələb ediləcək”.

Spiker bildirib ki, mühakimə bir neçə günə başlaya bilər.

Demokratlatın nəzarətində olan Nümayəndələr Palatasında impiçment maddələrinin Senata göndərilməsinə səs veriləcyi gözlənilir.

Lakin Amerika qanunlarına görə prezidenti yalnız yuxarı palata olan Senat mühakimə edə bilər. Orada Trump-ın partiyadaşları olan respublikaçıların 53 senatoru var. Trump-ın prezidentlikdən kənarlaşdırılması üçün senatorların üçdə ikisinin buna səs verməsi lazımdır. Hazırkı vəziyyətdə bu, ağlabatan görünmür.

Nümayəndələr Palatası Trump-ı ötən ay impiçment edib.

Trump impiçment prosesini “qondarma” adlandırıb, respublikaçı senatorlar isə onu dəstəkləyəcəklərinə işarə ediblər.

Bundan əvvəl ABŞ prezidentinin iki impiçment mühakiməsi olub.

Senat 1868-ci ildə prezident Andrew Johnson-a, 1999-cu ildə isə Bill Clinton-a qarşı ittihamlara xitam verib.

XS
SM
MD
LG