Seçki şikayətində hərbi qulluqçulardan danışılır
69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsindəki Göytəpə şəhərində yerləşən 1, 3, 5 saylı seçki məntəqələri üzrə saat 9:00-dan 15:00-dək hərbçilərin iştirakı ilə “karusel” həyata keçirildiyi deyilir.
Bu barədə Müsavat Partiyası Seçki Qərargahı məlumat yayıb.
Qərargah “karusel” deyəndə təlimatlandırılan seçicilərin bir neçə məntəqədə səs verdiklərini vurğulayır.
Partiyadan yayılan məlumata görə, hərbi qulluqçulara qeydiyyatda olmadıqları məntəqələrdə vətəndaşların əvəzinə qol çəkdirib səs verdiriblər.
Bu açıqlamaya, hələlik, Müdafiə Nazirliyi və Mərkəzi Seçki Komissiyasından ayrılıqda münasibət almaq mümkün olmayıb.
Amma MSK katibi Mikayıl Rəhimov “Turan” agentliyinə bilirib ki, bəzi seçki məntəqəlrində xoşgəlməz halların baş verdiyi ilə bağlı iddia müəllifləri Dairə Seçki Komissiyasına (DSK) müracit etməli, şikayət rəsmiləşdirilməlidir: “Əlbəttə, müxtlif xarakterli iddialaraın hər birinə baxılacaq və müvafiq qərar qəbul olunacaq”
Mikayıl Rəhimov vurğulayıb ki, şikayətçilər DSK qərarından razı qalmazsa MSK-ya müraciət etməlidirlər.
MSK: ‘Seçici fəallığı 44,84 faizdir’
Mərkəzi Seçki Komissiyası (MSK) bu gün, fevralın 9-da keçirilən parlament seçkilərində saat 17:00-a olan seçici fəallığı ilə bağlı məlumat yayıb.
MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 17.00-a qədər respublika üzrə 2 milyon 389min 754 nəfər səs verib, seçici fəallığı 44.84 faiz olub.
Milli Məclisə seçkilər saat 08:00-da başlayıb. Seçkilər saat 19:00-da başa çatacaq.
Məzahir Pənahov: ‘Bu saata kimi MSK-ya rəsmi şikayət daxil olmayıb’
“Bu saata kimi MSK-ya rəsmi şikayət daxil olmayıb”.
Bunu bu gün, fevralın 9-da günün ikinci yarısı jurnalistlərə açıqlamasında MSK sədri Məzahir Pənahov deyib.
Məzahir Pənahov bildirib ki, Seçki Məcəlləsinə görə, daxil olan şikayətlərə dərhal baxılır.
O, bəzi seçki məntəqələrində qutuların şəffaf olmaması ilə bağlı yayılan görüntülərə də münasibət bildirib.
MSK sədri bildirib ki, bu məsələnin insanlarda maraq doğurmasının səbəbi anlaşılmazdır.
Məzahir Pənahov vurğulayıb ki, qutuların hamısı eynidir.
MSK sədri ölmüş şəxslərin yerinə səs verilməsi ilə bağlı deyilənlərə də münasibətini açıqlayıb:
“Belə pozuntu olubsa, əlbəttə ölçü götürülməlidir."
Seçicilərə pul paylanıldığı iddia olunur
80 İmişli-Beyləqan seçki dairəsinin 15 saylı məntəqəsində deputatlığa namizədlərdən birinin xeyrinə seçicilərə pul verildiyi deyilir. Bu barədə həmin məntəqənin müşahidəçiləri iddia irəli sürüblər.
Dairə Seçki Komisiyasının (DSK) sədri Rza Əzizov deyib ki, bu barədə iddiaları onlar da eşidiblər. Amma onun sözlərinə görə, məntəqə daxilində belə hallar baş verməyib.