Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 14:30

Parlament seçkilərində ilkin nəticələr açıqlanıb

MSK respublika üzrə 2 milyon 547 min 982 nəfərin səs verdiyini, yəni, seçici fəallığının 47.81 faiz olduğunu açıqlayıb.

Erkən parlament seçkisində yerli müşahidəçilər, müstəqil namizədlər çoxsaylı pozuntuların baş verdiyini deyir. MSK sədri komissiyaya hansısa şikayət daxil olmadığını, olarsa, araşdırılacağını deyib.

Milli Məclisə seçkilərlə bağlı hadisələrin gedişini bu bloqumuzda izləyə bilərsiniz.

Mətbuat konfransı
Mətbuat konfransı


Beynəlxalq müşahidə missiyası: 'Səslərin sayılması prosesi məyusedici olub'

Məhdudlaşdırıcı qanunvericilik və siyasi mühit Azərbaycanın parlament seçkilərində həqiqi rəqabətin qarşısını alıb. Bunu fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbərlik etdiyi beynəlxalq müşahidə missiyası bildirib.

«Seçki günü baş tutan səsvermə prosesi müşahidə aparılan seçki məntəqələrinin 7 faizində mənfi qiymətləndirilmişdir ki, bu da kifayət qədər böyük say olduğuna görə ciddi prosedur çatışmamazlıqlarının olmasının göstəricisidir... Səslərin hesablanması prosesi müşahidə aparılan məntəqələrin yarısından çoxunda mənfi olaraq qiymətləndirilmişdir ki, bunun da səbəbi seçki qutularının açılmasından əvvəl mütləq olan prosedurlarının aşkar gözlənilməməsi və şəffaflığın məhdudlaşıdırılması idi», - rəydə vurğulanıb

Qalan 7 dairədə də ilkin lider namizədlər açıqlanıb

Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində ilkin qaliblərin müəyyən edilmədiyi 7 dairəyə aid də nəticələr açıqlanıb.

Onlardan biri 17 saylı Yasamal Üçüncü Seçki Dairəsində namizəd Elnur Allahverdiyevdir.

Qalanları 35 saylı Xətai Üçüncü-də Rauf Arifoğlu, 42 saylı Sumqayıt İkinci-də Tahir Mirkişili, 44 saylı Sumqayıt-Xızı-da Müşviq Məmmədli, 77 saylı Astara-da Rəşad Mahmudov, 123 saylı Kəlbəcər-də Aqil Məmmədov və 125 saylı Zəngilan-Qubadlı seçki dairəsində İmamverdi İsmayilovdur.

Bununla da 125 dairənin hamısında ilkin lider namizədlər açıqlanıb.

Parlament seçkilərində əsas pozuntular (YEKUN VİDEO)
Gözlə

No media source currently available

0:00 0:07:01 0:00


Parlament seçkilərində ilkin nəticələr açıqlanıb

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov növbədənkənar parlament seçkiləri ilə bağlı bu gün, fevralın 10-da keçirilən mətbuat konfransında ilkin nəticələri açıqlayıb.

MSK sədri bildirib ki, 5573 seçki məntəqəsinin (125 dairə) 87 faizindən, yəni 118 seçki dairəsinin 4823 seçki məntəqəsindən onlara protokollar daxil olub.

İlkin nəticələrə əsasən, seçki dairələri üzrə lider namizədlərdən 64-ü hakim Yeni Azərbaycan Partiyasındandır (YAP).

7 dairə üzrə isə, hələlik, lider müəyyənləşməyib. Bunlar 17 saylı Yasamal Üçüncü, 35 saylı Xətai Üçüncü, 42 saylı Sumqayıt İkinci, 44 saylı Sumqayıt-Xızı, 77 saylı Astara, 123 saylı Kəlbəcər, 125 saylı Zəngilan-Qubadlı seçki dairələridir.

DAİRƏLƏR ÜZRƏ LİDER NAMİZƏDLƏR (SİYAHI)

MSK parlament seçkiləri ilə bağlı seçici fəallığını açıqlayıb

Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) fevralın 9-da keçirilən parlament seçkilərində ilkin seçici fəallığını açıqlayıb.

MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, respublika üzrə 2 547982 nəfər səs verib, seçici fəallığı 47.81 faiz olub.

Davamı

XS
SM
MD
LG