Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:45

Yermak prezident administrasiyasının rəhbəri olur


Andriy Yermak
Andriy Yermak

Ukrayna Prezidenti Volodymyr Zelenskiy administrasiyasının rəhbəri Andriy Bohdanı vəzifədən kənarlaşdırıb, onu köməkçisi Andriy Yermakla əvəzləyib. Yermakın adı ABŞ Prezidenti Donald Trump-ın şəxsi vəkili Rudolph Giuliani ilə yanaşı çəkilir.

Prezidentin müvafiq sərəncamları fevralın 11-də onun vebsaytında yerləşdirilib.

Trump-ın impiçment dinləməsi zamanı toplanan dəlil və ifadələr Giuliani-nin Yermak-la görüşdüyünü, ondan “təkidlə” təhqiqatın başladılmasını istədiyini üzə çıxarıb. Trump Kiyevdən demokrat rəqibi Joe Biden və oğlunun Ukraynanın Burisma enerji şirkətilə əlaqələrinin araşdırılmasını istəyib.

Dekabrda demokratların liderlik etdiyi Nümayəndələr Palatası Trump-ı bu tələblərin də əhatələndiyi korrupsiya iddiaları üzrə impiç edib. Ancaq senat prezidentə bəraət verdi.

Bohdan ötən ilin mayında, Zelenskiy prezident seçkisini udandan sonra vəzifəyə təyin olunmuşdu. Bu, qalmaqal yaratmışdı, çünki Bohdan nüfuzlu maqnat Ihor Kolomoyskiy-nin vəkili olub. Oliqarx iki il Cenevrə və Təl Əvivdə mühacirətdə yaşayandan sonra, Zelenskiy-nin andiçmə mərasimindən qabaq Kiyevə qayıdıb.

Kolomoyskiy cinayət ittihamları ilə üzləşməmək üçün Ukraynadan gedib. Əvvəlki prezident Petro Poroshenko dövründə hökumət onun vaxtilə həmtəsisçisi olduğu PrivatBank-ı milliləşdirib. Oliqarx özü isə ölkədə müharibə getdiyi bir vaxtda 5,5 milyard dolları mənimsəməkdə ittiham olunub.

O zaman çoxlarının düşüncəsinə görə, Kolomoyskiy Bohdan vasitəsilə Zelenskiy-nin siyasətinə təsir göstərməkdən ötrü qayıtdı.

Kolomoyskiy-nin 1+1 telekanalı Zelenskiy-in aktyor olan zaman rol aldığı komediyaları yayımlayıb, həmçinin seçki kampaniyasını geniş işıqlandırmaqla onu seçkidə dəstəkləyib.

XS
SM
MD
LG