Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:49

Huawei İranda etirazçıları izləməyə ‘kömək edib’


Arxiv fotosu
Arxiv fotosu

ABŞ-ın Ədliyyə Departamenti Çinin Huawei Technologies şirkətini İrana etirazçıları izləməyə kömək etməkdə suçlayır. Vaşinqton dünyanın ən böyük telekommunikasiya avadanlığı istehsalçısına təzyiqi artırmaqdadır, bu, texnologiya nəhənginə sonuncu ittihamıdır.

Fevralın 13-də açıqlanmış ittihamnamədə Huawei həmçinin ABŞ-ın 6 texnologiya şirkətindən ticarət sirlərini oğurlamağı planlaşdırmaqda ittiham olunur.

Prokurorlar bildirirlər ki, Huawei İrana ötən il Tehranda hökumətə qarşı çıxan etirazçıları nəzarətsə saxlamağa imkan verən nəzarət avadanlığı verib.

“Huawei izləmə avadanlığı quraşdırmaqla İran hökumətinə kömək edib. Buraya 2019-cu ildə Tehranda antihökumət nümayişləri zamanı etirazçılara nəzarət, onların aşkarlanması və saxlanmasına xidmət edən izləmə avadanlığı daxildir”, – ittihamnamədə deyilir.


Huawei ittihamları rəqabətlə bağlı olmadığını deyir

Prokurorlar onu da bildirirlər ki, Huawei İranda azı bir vətəndaşı işə cəlb edib və bu, ABŞ qanunvericiliyinin pozulmasıdır.

Ötən noyabrda İran hökuməti yanacağın qiymətini qaldıranda 100-dən artıq şəhərdə etirazlar baş qaldırdı, təhlükəsizlik qüvvələri onları zorakılıqda dağıtdı, ölkənin internetə çıxışı qapadıldı.

Şirkət həmçinin razılaşmalar haqda banklara yalan danışmaqla İrana qarşı iqtisadi sanksiyaları pozmaqda ittiham olunur.

İttihamnamədə o da bildirilir ki, şirkət Pxenyana qarşı iqtisadi sanksiyalara baxmayaraq Şimali Koreyada gördüyü biznesi gizlətməyə çalışıb.

Şirkət fevralın 13-də yaydığı bəyanatda iddiaları “əsaslandırılmamış”, yeni ittihamnaməsi isə Ədliyyə Departamentinin Huawei-nin nüfuzuna zərbə vurmaq cəhdinin tərkib hissəsi adlandırıb, bunun “rəqabətdən çox, hüquq-mühafizə ilə bağlı olduğunu” deyib.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü isə Birləşmiş Ştatları “Çin şirkətlərinin əsassız sıxışdırılmasını dərhal dayandırmağa” çağırıb.

ABŞ administrasiyası bundan öncə də Huawei ilə bağlı təhlükəsizlik əndişələrini dilə gətirib, Qərb müttəfiqlərini şirkəti simsiz, yüksək sürətli şəbəkələrdən kənarlaşdırması üçün təzyiq göstərib.

Birləşmiş Ştatların milli təhlükəsizlik müşaviri Robert O'Brien bu həftə bəyan edib ki, Huawei dünyaya satdığı şəbəkə avadanlığı vasitəsilə kommunikasiyalara gizlicə müdaxilə edə bilər. Şirkət isə bildirib ki, “heç vaxt telekommunikasiya şəbəkələrinə gizlicə girməyib, bunu etməyə qabiliyyəti də yoxdur”.

XS
SM
MD
LG