Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:31

Stefan Schennach: 'Mən bilmirəm Azərbaycanda erkən seçki niyə keçirildi?'


Stefan Schennach
Stefan Schennach

AzadlıqRadiosu, Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda üzrə həmməruzəçisi, avstriyalı deputat Stefan Schennach-dan müsahibə alıb, seçkilər barədə rəyini bölüşməyi xahiş edib:

Bizim müşahidə missiyamızın rəhbəri öz mətbuat konfransında demişdi ki, bu dəfə adamlara icazə verildi ki, onlar seçkidə iştirak etsinlər, amma onlara seçkini udmağa icazə vermədilər. Azərbaycanda seçkiöncəsi dönəmdə hər dəfə belə bir oyun oynanılır - namizədliyini qeydiyyatdan keçirənlər daha sonra namizədliyini ləğv etdirir. Bu dəfə 400 nəfərdən çox adam bunu etdi. Daha sonra seçki günü hava soyuq oldu, qar yağdı. Seçici fəallığı həddən artıq aşağı oldu. Mən hələ də inanmıram ki, iştirak edənlər 47 faiz olub, əminəm ki, bundan aşağı olub. Səslərin sayılması isə dəhşətli oldu. Sayılma prosesi qətiyyən hansısa standarta uyğun deyildi.

Son zamanlar hakimiyyət rəsmiləri iddia edir ki, ölkədə islahatlar keçirilir, bəs, cənab Şennax bu seçkiləri də nəzərə alanda hansısa islahatın aparıldığının şahidi olurmu?

İlk dəfə idi ki, bu qədər adam seçkidə iştirak edə bilirdi. Keçən seçkilərdə bu imkan çox məhdud idi. Real da seçkidə iştirak edə bilməmişdi. Biz həmməruzəçilər olaraq İlqar Məmmədov və digərlərinin seçkidə iştirak edə bilməməsinə etiraz etmişik. Ölkədə cinayət məcəlləsinin humanistləşdirilməsi ilə bağlı bəzi kiçik addımlar atılıb, amma biz bu il hansısa islahatın həyata keçirildiyini nəzərdən keçirsək, məncə, hansısa real islahat baş verməyib. Çox vacib bir sual açıq qalır- Bu erkən seçki niyə keçirildi? Mən bu sualı çox adamdan soruşdum. Heç kim bu suala aydın cavab vermədi. Bəziləri dedi ki, hökumət öz mövqeyini dəyişir, amma biz bilirik ki, prezident hansısa qanunu qəbul etditmək istəyəndə, həmin deputatlar qanunu qəbul edəcəkdilər. Mən bilmirəm niyə erkən seçki keçirildi. Və ölkədə situasiya əvvəlkindən yaxşı deyil.

ReAl partiyasından bir nəfər namizəd – Erkin Qədirli seçkinin qalibi elan olundu. Bu hadisəni necə şərh edərdiz?

Aydın məsələ idi ki, azı 20 mandat sahibi dəyişəcək idi. Onların bəziləri çox yaşlı idi, bəziləri isə seçkidə iştirak etmək istəmirdi. İndi Milli Məclisdə Real-dan bir nəfər var. Almanca belə bir deyim var - bir quşla bahar olmur. Bir mandat da demokratik situasiya yaratmır. Biz hələ də gerçək azad və ədalətli seçki üçün yarışmalıyıq.

Bəzi müxalifət partiyaları seçkidən sonra Prezident Administrasiyasiyasına dəvət olundu, bu barədə şərhlər birmənalı olmadı...

Ümumən siyasi proses üçün çox vacibdir ki, onlar danışsınlar. Belə mədəniyyət indiyə qədər yox idi. Danışıqların məzmununa gəlincə isə, mən bunu sizə Bakıya səfərimdən sonra deyə biləcəm. Bakıda mən Realla görüşəcəyəm, prezident Administrasiyası və başqaları ilə görüşəcəyəm. Amma biz həmməruzəçilər olaraq bəyanat vermişik ki, Mərkəzi Seçki Komissiyasının qarşısında keçirilən aksiya ilə bağlı dərin narahatlığımızı bildiririk. Baş verənlər normal deyil və bu, demoktik islahatın göstəricisi deyil.

Hakimiyyətdə son kadr dəyişikliklərini necə qiymətləndirirsiniz?

Maraqlıdır ki, indi təyin olunan baş nazir və prezident Adminitrasiyasının rəhbəri ölkədə hakimiyyət qüvvələrinə çox yaxın şəxslərdir. Hələki, bu iki şəxlə və yeni ombudsmanla tezliklə görüşəcəyəm və onların mövqeyi ilə tanış olacağam - mənə aydın olacaq ki, onlar nə istəyirlər, onların demokratiya anlayışı nədir, onların hakimiyyətin fəaliyyəti ilə bağlı düşüncələri nədir.

XS
SM
MD
LG