Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:42

Remdesivirə rəsmi icazə verilə bilər


Remdesivir
Remdesivir

ABŞ-ın Gilead farmaseptik firmasının hazırladığı remdesivir dərmanına COVID-19-un müalicəsi üçün ilkin icazə bir neçə günə verilə bilər. Bunu Avropa Birliyinin dərman agentliyinin rəhbəri Guido Rasi bazar ertəsi deyib.

İndiyədək Avropa Dərman Agentliyi (EMA) remdesivirin istifadəsini tövsiyə edirdi. Bu o deməkdir ki, tam icazə verilməmişdən dərman xəstələrin müalicəsində işlənə bilər.

“Şərti bazar icazəsi də bir neçə günə verilə bilər”, – Rasi AB Parlamentinin Brüsseldə iclasında deyib.

Vaksin hazırlansa belə...

Rasi-nin sözlərinə görə, COVID-19-a qarşı digər müalicə yolları monoklonal anticisimlərə əsaslanan üsullardır ki, onlar COVID-19 xəstəliyini törədən yeni koronavirusu (SARS-CoV-2) “neytrallaşdıra” bilərlər.

Rasi onu da deyib ki, koronavirusa qarşı vaksin tezliklə əldə olunmayacaq, hətta hazır olsa belə, dünya əhalisini tam əhatələyəcək miqdarda istehsal edilməyəcək.

Guido Rasi avropalı deputatlara bildirib ki, ölümcül virusa qarşı vaksin ən yaxşı halda bir ilə hazır ola bilər. Onun sözlərinə görə, Avropa səviyyəsində koordinasiyalı yanaşma nəticəsində vaksindən birinci növbədə faydalanmalı olan əhali müəyyənləşdirilməlidir.

“Ümumi əhalinin ilkin müdafiə qatını yaratmaq üçün hərtərəfli model gərəyimiz olacaq”, – o vurğulayıb.

Aprelin ölü statistikasını müharibə vaxtı ilə müqayisə edirlər

Koronavirus apreldə Belçikada 2-ci Dünya müharibəsindən bəri ən çox ölümə səbəb olub. Ölkə karantin tədbirlərini tədricən qaldırdığı bir vaxtda yeni araşdırma bunu üzə çıxarıb.

Ötən ay Belçikada COVID-19-dan 14 min 790 nəfər vəfat edib. Normalda ölü sayı 9 mindən az olurdu. Araşdırmanı Brüssldəki VUB universitetinin tədqiqatçıları aparıb.

1940-cı illərin nasist işğalından bəri Belçikada apreldə belə yüksək ölüm səviyyəsi qeydə alınmayıb. Adətən qışda qeydə alınan ölü sayı yazın gəlişi ilə apreldə azalırdı.

Universitet bəyanatında aprelin 1-dən 12-dək ölü sayında görünməmiş sayın qeydə alındığını bildirib. Məsələn, aprelin 10-da 639 nəfər vəfat edib.

Ümumilikdə, ötən ay hər min nəfər sakinə 15,7 ölüm düşüb. Araşdırmanı aparmış qrupdan professor Patrick Deboosere “Frans Pres” agentliyinə deyib. Müqayisə üçün, 1941-ci ilin aprelində hər min nəfərə 16,3 ölüm düşürdü.

Dünya Səhiyyə Təşkilatı Belçika hökumətini qonşularına baxanda daha dəqiq statistika təqdim etdiyinə görə alqışlayır. Agentlik yazır ki, adambaşına ölü sayının yüksək olması bununla da bağlı ola bilər.

XS
SM
MD
LG