Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:19

İran BMT qətnaməsilə bağlı xəbərdarlıq edir


Mohammad Javad Zarif
Mohammad Javad Zarif

İran BMT-nin nüvə agentliyinin iki mübahisəli əraziyə müfəttişlərin buraxılmasına çağıran qətnamə qəbul etmək planını tənqid edib.

Bu həftə Beynəlxalq Atom Enerjisi Agentliyinin Vyanada keçiriləcək iclasında Avropa ölkələrinin belə bir qətnamə təqdim edəcəyi gözlənir.

İranın Xarici işlər naziri Mohammad Javad Zarif iyunun 16-da Moskvaya səfəri zamanı deyib ki, ölkəsi agentliyin 2015-ci il nüvə sazişini “məhv etmək alətinə çevrilməsinə imkan verməyəcək”. Həmin sazişi İran bir neçə ölkəylə imzalayıb.

XİN-in sözçüsü Abbas Musavi-nin sözlərinə görə, BMT agentliyi “konstruktiv qərar” verməsə, İran buna “adekvat” cavab verəcək. O, detallara varmayıb.

2018-ci ilin mayında Birləşmiş Ştatlar İranla nüvə sazişindən çıxıb, İran iqtisadiyyatına sarsıdıcı zərbə vuran sanksiyalar tətbiq edib.

Dörd aydan çoxdur iki əraziyə çıxış vermir

Bundan sonra Tehran razılaşmanın qoyduğu məhdudiyyətləri pozmağa başlayıb və deyib ki, sazişin digər tərəfləri – Britaniya, FRansa, Almaniya, Çi və Rusiya ona əməl edərsə, geriyə addım atar. ABŞ-ın sanksiyaları isə digər tərəflərin öhdəliklərə əməl etməsini çətinləşdirir.

İran pozuntularla bağlı açıq davranır, BAEA müfəttişlərinin müəyyən obyektlərdə əməliyyatlara nəzarət etməsinə şərait yaradır.

Ancaq Tehran dörd aydan artıqdır əvvəllər nüvə fəaliyyəti qeydə alınmış iki əraziyə çıxış verməkdən imtina edir.

Bu iki obyekt İranın mövcud nüvə proqramına birbaşa bağlı olmasa da, BAEA bilmək istəyir ki, orada 20 il öncə baş vermiş fəaliyyət barədə düzgün məlumat verilibmiş, materialların hamısının hesabatı aparılıbmı.

ABŞ-ın kəşfiyyat agentlikləri və BAEA inanırlar ki, İranın gizli, koordinasiyalı nüvə silahları proqramı 2003-cü ildə dayandırılıb.

İsrailin 2018-ci ildə yaydığı məlumata görə, İranın 20 il qabaq nüvə silahları hazırlamasına dəlil əldə edib. Ancaq Mossad-ın İranda topladığı kəşfiyyat məlumatının çoxu artıq bəlli şeylərdi.

İranın BAEA-dakı səfiri Kazem Gharib Abadi-nin iyunun 16-da yaydığı bəyanatda iddia olunur ki, agentliyin iki obyektə çıxış istəməsi İranın əzəli düşməni İsrailin iddialarına söykənir.

Zarif-lə birgə mətbuat konfransında çıxış edən Rusiyanın Xarici işlər naziri Sergei Lavrov isə deyib ki, Moskva Tehranı müdafiə edəcək. Lavrov Birləşmiş Ştatları BMT-nin İrana qarşı oktyabrda bitən silah embarqosunu uzatmaq istədiyinə görə tənqid edib.

XS
SM
MD
LG