Tovuzun Dondar Quşçu kəndində yaşayan Əliyevlər ailəsi deyir evlərinə mərmi düşəndə xoşbəxtlikdən evdə olmayıblar. Dediklərinə görə, onların evinə mərmi iyulun 12-də düşüb. Dərman almaq üçün evdən çıxdıqları heç 10 dəqiqə deyilmiş, qonşu zəng edib, xəbəri verib.