ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) Ukrayna maqnatları Ihor Kolomoyskiy və Hennadiy Boholyubovun Klivlend və Mayamidəki ofislərinə reyd keçirib.
Bu xəbəri avqustun 4-də AzadlıqRadiosu ilə söhbətində FTB-nin xüsusi agenti Vicki Anderson-Gregg təsdiq edib.
Xanım Anderson-Gregg deyib ki, hazırda davam edən təhqiqat barədə təfərrüatlı məlumat verə bilməz.
Kolomoyskiy və Boholyubov Mayamidən idarə olunan bir neçə şirkətlərə sahibdirlər. Bu şirkətlərə daşınmaz əmlak və polad biznesləri daxildir.
PrivatBankın vəsatəti
2019-cu ilin aprelində və 2020-ci ilin mayında yayılmış media xəbərlərində deyilirdi ki, FTB Kolomoyskiy-ni çirkli pulların yuyulmasında şübhəli qismində araşdırır.
Bu da xəbər verilirdi ki, 2019-cu ilin mayında Ukraynanın PrivatBank bankının vəsatəti ilə Delaver məhkəməsində Kolomoyskiy və Boholyubovla bağlı cinayət araşdırmasına başlanıb.
Bank sözü gedən iki biznesmeni 780 milyon dolları ABŞ-ın maliyyə təsisatlarından alınan kreditlər vasitəsilə yumaqda ittiham edir.
Ukrayna milyarderləri bu pulla Birləşmiş Ştatlarda daşınmaz əmlak, xəlitə və poladəritmə zavodları əldə ediblər. Bunların arasında Klivlenddəki ofis binaları da var.
Kolomoyskiy və Boholyubovun ABŞ-dakı partnyorları - Mordechai Korf və Uriel Laber hələki AzadlıqRadiosunun sorğusuna cavab verməyiblər.