Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:42

Biden Kamala Harris-i vitse-prezident postuna namizədi elan edir


 Joe Biden və Kamala Harris, arxiv fotosu
Joe Biden və Kamala Harris, arxiv fotosu

ABŞ-da demokratların prezidentliyə namizədi Joe Biden avqustun 11-də Kaliforniyadan Senator Kamala Harris-i vitse-prezident postuna namizədi elan edib.

55 yaşlı Harris ABŞ tarixində bu posta namizəd ilk tünd dərili qadındır.

Biden tvitində Kamala Harris-in ölkənin ən yaxşı dövlət qulluqçularınan biri olduğunu yazıb.

Bu açıqlamadan bir neçə dəqiqə sonra Prezident Donald Trump tvitində Harris-i “fırıldaqçı” adlandırıb, Biden-lə birlikdə “radikal sola qucaq açdğını” yazıb.

Əsas namizəd sayılırdı

Harris Demokrat Partiyasından namizədlik yarışında Biden-in rəqibi idi, sonradan vitse-prezidentlik postuna əsas namizəd sayılırdı. Səkkiz il Prezident Barack Obama-nın vitse-prezidenti olmuş Biden martda söz vermişdi ki, vitse-prezident postuna qadın seçəcək.

Ölkədə irqi məsələlərlə bağlı milli müzakirə getdiyi bir vaxtda, həm də Demokrat partiyasının proqressiv qanadının dəstəyini almaq niyyətilə Biden-in bu posta rəngli dərili qadın seçəcəyi gözlənirdi.

Harris-in atası yamaykalı, anası hindistanlıdır, senator kimi birinci müddətdir vəzifədədir. Daha öncə Kaliforniyanın Baş prokuroru və San Fransiskoda dairə prokuroru olub.

O, Biden-lə birlikdə seçki yarışına ölkədə böhran yaşandığı bir dönəmdə qoşulur. Koronavirus pandemiyası Birləşmiş Ştatlarda 160 mindən çox insanın həyatına son qoyub.

Bizneslərin bağlanması, digər pozuntular ölkə iqtisadiyyatına təsirini göstərib. Bu arada ölkə boyunca irqçilik və polis qəddarlığına etirazlar səngiməyib.

Avqustun 17-də Demokratların Milli Qurultay virtual şəkildə işinə başlamalıdır.

Biden 3 noyabr seçkisində Trump ilə mübarizə aparacaq. Rəy sorğuları keçmiş vitse-prezidentin 10 faiz öndə olduğunu göstərir.

XS
SM
MD
LG