Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:24

Lukaşenka: ‘Bu mənim birinci inaqurasiyam deyil’


Alyaksandr Lukashenka
Alyaksandr Lukashenka

Belarusda hakimiyyətini qoruyub saxlamağa çalışan prezident Alyaksandr Lukaşenka senthabrın 24-də Çin səfiri ilə görüşü zamanı özünün xəlvəti inaqurasiyası və Qərb ölkələrinin onun prezident kimi legitimliyini tanımamasına dair şərh verib.

BelTA dövlət xəbər agentliyinin məlumatına görə Lukaşenka deyib:

"Qışqır-bağır salıblar ki, bizi tanımırlar. Bilirsiniz, biz seçkimizi, yenicə seçilmiş prezidneti tanıyıb-tanımamasını heç kimdən xahiş etməmişik. Əsas odur ki, bu bizim kontitusiyamıza uyğun olsun. Əgər onlar bunda bir uyğunsuzluq görsələr, yaxşısı budur bunu desinlər”.

Lukaşenka deyib ki, Belarus qanunlarına görə hakimiyyət inaqurasiya barədə hansısa Qərb dövlətlərinə bildiriş verməyə borclu deyil, çünki bu ölkənin “daxili işidir”.

Onun sözlərinə görə “burada nə sirr, nə də sehrbazlıq olmayıb”.

Lukashenkaın qəfil andiçmə mərasimi
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Lukaşenka inaqurasiyanı “böyük bir iş” hesab etmir

Lukaşenka deyib ki, inaqurasiyaya iki minə yaxın şəxs dəvət edilib:

"Ən çox təəccübü qonşularımız yaradıblar. Qonşuları Allah verir, onları seçmirlər və biz yanaşı yaşamağa, dostluq etməyə məhkumuq. Amma görünür bu, heç də həmişə belə olmur. Qonşu dövlətlər, xüsusilə də Polşa, bilirsiniz, hansı mövqeyi tutublar. Dünənki inaqurasiyaya görə bunlarda inciklikmi deyim, iradmı deyim, yaranıb ki, biz bu tədbiri keçirəcəyimiz barədə polyaklara, litvalılara ukraynlara, çexlərə və ya daha kimlərəsə məlumat verməmişik”.

Lukaşenka deyib ki, onun avtomobil karvanı qeyri-ənənəvi şəkildə Minsk küçələrindən keçib:

“Biz bütün şəhərdən keçdik, adamlar da bunu gördülər. Buna görə də heç bir sirr yoxdur. Mən indiki prezidentin inaqurasiyasına hər hansı böyük, fantom əhəmiyyət vermirəm. Bu adi iş situasiyasıdır”.

Belarus tarixində ilk “xəlvət inaqurasiya”

Sentyabrın 23-də Belarusun tarixində ilk dəfə olaraq ictimaiyyətdən gizli şəkildə inaqurasiya keçirilib.

Bunun ardınca ölkənin bir çox şəhərlərində etiraz aksiyaları başlanıb. Hüquq-mühafizə orqanları Minskdə nümayişi qəddarlıqla dağıdıb, 360 nəfər saxlanıb.

Qərb ölkələrinin bu hadisəyə reaksiyası birmənalı olub. Onlar bəyan ediblər ki, Belarusda seçki nə azad, nə də ədalətli keçirilib, buna görə də Alyaksandr Lukaşenkanın inaqurasiyası və yeni prezidentlik müddəti legitim hesab edilə bilməz.

ABŞ bəyan edib ki, Lukaşenkanı Belarusun qanuni prezidenti hesab etmir.

Dövlət Departamentinin bəyanatında deyilirdi ki, Birləşmiş Ştatlar Alyaksandr Lukaşenkanı legitim seçilmiş prezident saya bilməz, çünki seçki nəticələri “fırıldaq” olub.

Berdımuxammedov təbrik edib

Lukaşenkanın inaqurasiyasını Kanada da pisləyib. Kanadanın xarici işlər naziri Fransua-Filip Şampan deyib:

“Kanada saxtalaşdırılmış seçkinin ardınca Lukaşenkanın elan edilməmiş inaqurasiyasını pisləyir. Onun demokratik seçkili lider olması üçüm legitimliyi çatmır”.

Britaniya xarici işlər naziri Dominic Raab Lukaşenkabnın xəlvəti inaqurasiyasını rüsvayçılıq adlandırıb:

“Lukaşenkanın Minskdə gizli keçirdiyi inaqurasiya onun reputasiyasını daha da ləkələyib. Onun saxtakar seçkisi Belarus xalqının aldadılmasıdır”.

Lukaşenkanın inaqurasiyasını Almaniya, Çexiya, Slovakiya, Litva, Polşa, Ukrayna və Danimarka datanımadıqalrını bildiriblər.

Lukaşenkanı yeni prezidentlik müddətinə başlaması münasibətilə Türkmənistan prezidenti Qurbanqulı Berdımuxammedov təbrik edib.

XS
SM
MD
LG