Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:23

Makron Tixanovskaya ilə görüşüb


Fransa Prezidenti Emmanuel Makron Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə Litvada görüşəndən sonra bu ölkədə siyasi böhranla bağlı vasitəçilikdə Avropanın köməyini vəd edib.

“Biz avropalılar olaraq vasitəçiliyə kömək üçün əlimizdən gələni edəcəyik”, – Makron Vilnüsdə Tixanovskaya ilə görüşdən sonra jurnalistlərə deyib.

Müxalifət liderinin sözlərinə görə, Fransa prezidenti “ölkəmizdə bu siyasi böhrana danışıqlar vasitəsilə kömək üçün əlindən gələni vəd etdi... siyasi məhbusların hamısının buraxılması üçün mümkün olanı edəcəyini dedi”.

Makronun idarəsindəki mənbələr oteldə görüşün 35 dəqiqə çəkdiyini deyirlər, “dpa” yazır.

Makron ATƏT-i Belarusla bağlı vasitəçiliyə çağırır

Fransa Prezidenti Emmanuel Makron sentyabrın 29-da Belarusun müxalifət lideri Svetlana Tixanovskaya ilə Litvada görüşməlidir. O, Litva və Latviyaya üçgünlük səfəri zamanı Belarus müxalifətinə dəstək məqsədilə Tixanovskaya ilə görüşəcəyini təsdiqləyib.

Tixanovskaya görüş keçirilməsini özü xahiş etdiyini, Makronu böhranda vasitəçiliyə çağırdığını söyləyib.

“Rusiyayla işləməliyik”

“Etirazlar dayanmayacaq”, – 38 yaşlı müxalifətçi “Frans Pres”ə müsahibəsində deyib

Svetlana Tikhanovskaya
Svetlana Tikhanovskaya

və əlavə edib ki, Belarusa “bundan artıq qan” tökülməməsi üçün hökumətlə müxalifət arasında dialoq “çox” lazımdır.

Sentyabrın 28-də Vilnüsdə çıxış edən Makron deyib ki, Avropa bu qitədə sülhün bərqərar olması üçün Rusiyayla əməkdaşlıq etməlidir.

“Biz məsələni belə görürük ki, Avropa qitəsində sülh istəyiriksə, Rusiyayla işləməliyik”, – Makron mətbuat konfransında deyib.

Makron ATƏT-i Belarusla bağlı vasitəçiliyi idarə etməyə çağırıb, Parisin “bu vasitəçiliyin həyata keçməsini təmin etməsi üçün hər şeyi edəcəyini” deyib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin bu təşəbbüsə razılıq və dəstəyini bildirib.

Makronun hərəkəti AB üzvlərini dilxor edir

Ötən bir il ərzində Makron Rusiya və Qərb arasında inamsızlığı azaltmağa çalışıb. Ancaq bu cəhdlər AB-nin digər üzvlərini dilxor edir, özəlliklə Soyuq müharibədən sonra Moskvanın orbitindən çıxmağa çalışanları. Onların mövqeyincə, münasibətlərdə yumşalmaya getməkdən ötrü böyük dəyişiklik baş verməyib.

AB-nin digər liderləri Makronu Putinin tənqidçisi Alekseyn Navalnı zəhərlənəndən sonra oskva ilə bağlı mövqeyini dəyişməyə çağırıblar.

Navalnının yaxınları onu Kremlin agentlərinin zəhərlədiyini desələr də Rusiya hökuməti cinayət işi başlatmaqdan imtina edib.

Qərb Alyaksandr Lukaşenkanı Belarusun prezidenti kimi tanımaqdan imtina edib. 9 avqust seçkisinin rəsmi nəticələrinə görə, o, səslərin 80 faizindən çoxunu, Tixanovskaya 10 faizə qədərini yığıb.

Artıq yeddinci həftədir belaruslular küçələrə çıxır, Lukaşenkanın istefasını, yeni seçki keçirilməsini tələb edirlər.

Makron Vilnüsə getməzdən öncə deyib ki, 26 illik hakimiyyətdən sonra Lukaşenkanın “getməli olması” aydındır. O, etirazçıların cəsarətinin onda təəssürat oyatdığını söyləyib.

XS
SM
MD
LG