Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 17:07

Münaqişənin həllində ən böyük ümid... – Qərb mediası


Tərtər sakinləri
Tərtər sakinləri

Mübahisələri ərazilərdə infrastrukturun dağılması, dövlət xidmətlərinin pozulması yaşam keyfiyyəti pozulur. ATƏT və BMT indiyədək yerli əhaliyə kömək məqsədilə apolitik və texniki təşəbbüslər irəli sürüblər

Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun saytında isə “Dağlıq Qarabağda zorakılığın qızışması: Ən böyük ümid lokal səviyyədə həllədir” başlıqlı məqalə dərc olunub. Müəllif Yan Entoni yazır ki, 1990-cı illərin əvvəllərində Rusiyanın postsovet məkanında münaqişələrin həllində mərkəzi rol oynayacağı düşünülürdü. Amma 30 il keçəndən sonra bir sıra münaqişələr həll olunmamış qalır və artıq belə bir mövqe formalaşıb ki, Rusiya üçün həllini tapmayan münaqişələr siyasi baxımdan əlverişlidir.

“Azərbaycan bu müddətdə NATO ilə də tərəfdaşlığı irəli aparıb, ölkənin bir sıra aparıcı rəsmiləri üzvlüyü son hədəf kimi görürlər. Ancaq Azərbaycana heç vaxt NATO-dan üzvlüklə bağlı öhdəlik gəlməyib və Alyans həll olunmamış silahlı münaqişəni üzvlük yolunda əsas əngəl hesab edib”, – məqalədə deyilir.

Müəllif yazır ki, həll olunmamış münaqişələr dolayısı ilə insan təhlükəsizliyinə bir sıra risklər yaradırlar. Mübahisələri ərazilərdə infrastrukturun dağılması, dövlət xidmətlərinin pozulması yaşam keyfiyyəti pozulur. ATƏT və BMT indiyədək yerli əhaliyə kömək məqsədilə apolitik və texniki təşəbbüslər irəli sürüblər.

“Dağlıq Qarabağda hazırkı döyüşlər səngiyərsə, bu yanaşma münaqişənin həllinə doğru ən yaxşı ümidverici amildir. Diplomatik həllin qəliz olduğu bir dönəmdə risklər və təhdidlərlə bağlı razılığa gəlinə, mənsubiyyət problemlərinə toxunmadan texniki baxımdan yoluna qoyula, regional şəbəkə və platformalardakı əsas oyunçular prosesə cəlb oluna bilər. Zaman keçdikcə formalaşan münasibətlər diplomatik fəaliyyətin də qıfılını açar”, – məqalədə vurğulanır.

Murovdağın ələ keçirilməsi...

“Ova gedərkən ovlanmaq”. Türkiyənin “Sözçü” qəzetində Deniz Zeyrek yazır ki, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda düşdüyü durumu ən yaxşı bu deyim anladır.

Müəllif yazır ki, son əməliyyatlarda 4 min metrlik Murovdağ zirvəsinin Azərbaycan ordusunun əlinə keçməsi 1992-ci ildən bəri Azərbaycan üçün ən önəmli qazanclardan olub: “Önümüzdəki günlərdə Rusiya hərbçiləri Ermənistanla birgə döyüşə girməzsə, BMT-nin Təhlükəsizlik Şurası Azərbaycana qarşı sanksiyalar nəzərdə tutan qərar çıxarmasa, Azərbaycan ordusunun irəliləyərək kritik bəzi kəndləri geri alması çox asan məsələdir”.

Məqalədə Rusiyanın indiyədək münaqişəyə müdaxilə etməməsinin səbəbi də araşdırılır. Müəllif türk, azərbaycanlı və qərbli diplomatlara istinadla yazır ki, Rusiya Qərbə göz vuran, Moskvadan uzaqlaşan Ermənistan hökumətini cəzalandırmaq üçün bir müddət “izləyici” olaraq qala bilər.

Sentyabrın 27-dən Ermənistan-Azərbaycan təmas xəttində döyüşlər qızışıb. Hər iki tərəfdən itkilər var. Azərbaycan 7 kəndi və bir sıra yüksəklikləri geri aldığını bildirir.

XS
SM
MD
LG