Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 21:44

Həlak olanlardan 830-nun kredit borcu olub


Azərbaycan artilleriyası
Azərbaycan artilleriyası

Son aylar Azərbaycanın ərazi bütövlüyü uğurunda həlak olan hərbi qulluqçulardan 830-nun kredit borcu olub.

Bu barədə bu gün, dekabrın 22-də Azərbaycan Mərkəzi Bankının yaydığı məlumatda bildirilir: "...Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası... Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış... 830 şəhidə aid 1503 kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin etmişlər. Eyni zamanda, şəhidlərimizin ailə üzvlərinə aid olan 286 sayda, xəsarət almış hərbçilər üzrə 1323 sayda kreditin, şəhid olmuş 15 nəfər və ciddi zərər çəkmiş 9 nəfər mülki şəxsin borc öhdəliklərinin tamamilə silinməsi təmin olunmuşdur".

Əsgərlər ərzaq çatışmazlığından şikayət edirlər
Gözlə

No media source currently available

0:00 0:03:43 0:00

Nazirliyin həlak olanlarla bağlı yeni siyahısı

Azərbaycan Müdafiə Nazirliyi (AMN) dekabrın 21-də son aylar həlak olmuş hərbi qulluqçuların sayı ilə bağlı yeni məlumat yayıb: "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2802 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunur".

Məlumatda qeyd edilib ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir. AMN dekabrın 3-də isə bildirmişdi ki, 44 günlük savaşda bu ölkənin silahlı qüvvələrinin 2783 nəfər hərbi qulluqçusu həlak olub. 100 nəfərdən artıq hərbçinin itkin düşmüş hesab olunduğu, 1245 nəfərin isə tibb müəssisələrində müalicəsinin davam etdiyi bildirilib.

Son günlər də cəbhə bölgəsində bəzi hərbi qulluqçuların həlak olduğu və yaralandığı bildirilir.

Təqribən 10 civarında hərbi qulluqçunun isə əsirlikdən qaytarıldığı açıqlanıb.

'Bax, müharibənin əsl siması budur'
Gözlə

No media source currently available

0:00 0:04:32 0:00

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni və beş şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG