Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:28

İmpiçment maddəsi Senata təqdim olunub


Donald Tramp Ağ evi tərk edərkən
Donald Tramp Ağ evi tərk edərkən

İmpiçment qaydalarına görə, maddənin Senata təqdim olunması ilə məhkəmə rəsmən başlanır

Yanvarın 25-də ABŞ Nümayəndələr Palatası keçmiş prezident Donald Trampla bağlı impiçment maddəsini Senata təqdim edib. Bununla da Konqresin yuxarı palatasında Trampın ikinci dəfə mühakiməsi üçün yol açılıb.

İlk prezident...

“Qiyamı qızışdırmaq” maddəsi senatda oxunub. Tramp yanvarın 6-da tərəfdarlarının Kapitoliyə hücumuna görə ittiham olunur. Həmin basqında biri polis əməkdaşı olmaqla beş nəfər ölüb.

İmpiçment qaydalarına görə, maddənin Senata təqdim olunması ilə məhkəmə rəsmən başlanır. Ancaq Senat liderləri qaydanı dəyişməyə razılaşıblar, məhkəmə fevralın 8-də başlayan həftəyədək təxirə salınıb.

Prokuror kimi çıxış edən demokrat konqresmenlər respublikaçı senatorları Trampı təqsirli bilməyə, daha sonra onun yenidən vəzifə tutmasını yasaqlamaq üçün ayrıca səsverməyə keçirməyə inandırmağa çalışacaqlar.

Tramp Senatda birinci impiçmentində bəraət almışdı. O, iki dəfə impiç olunan, həm də vəzifədən gedəndən sonra mühakiməylə üzləşən birinci prezidentdir.

Respublikaçılardan dəstək gələcəkmi

6 yanvar basqınından sonra Nümayəndələr Palatası Trampı impiç edib. Amma Trampın senatda impiç olunması üçün üçdə iki səs çoxluğu lazımdır. Bundan ötrü azı 17 respublikaçı senator demokratlara qoşularaq bu addımı dəstəkləməlidir ki, bu da real görünmür.

Basqından öncə Tramp dəlil gətirmədən dəfələrlə deyib ki, seçkini o udub, ancaq proses “saxtalaşdırılıb”. Yanvarın 6-da minlərlə tərəfdarı Trampın ölkəni geri almaqdan ötrü “var gücüylə vuruşmaq” çağırışına cavab olaraq Kapitoliyə yürüş edib. O zaman Konqres Seçici Kollegiyasının 3 noyabr seçkisinin nəticələrini təsdiqləyirdi. Seçkini demokrat Co Bayden udub.

Həmin gün bir çox respublikaçı senator Trampın hərəkətlərini pisləsələr də, çox az sayda respublikaçı keçmiş prezidenti təqsirli bilməyə hazır olduğunu bildirib. Onların fikrincə, mühakimə bölücülüyə xidmət edər. Senatorlar həmçinin Ağ evi tərk etmiş prezidenti mühakimə etməyin hüquqi tərəfilə bağlı suallar qaldırırlar.

Tramp partiyanın bazasının əsas hissəsində populyarlığını saxladığından respublikaçılar daha böyük təzyiq altındadırlar.

XS
SM
MD
LG