Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:59

Azərbaycanda tibb xərclərinin 80 faizini əhalinin özü ödəyir


Səhiyyə pulsuzdu? - 'Müayinə üçün 2 min manat lazımdı'
Gözlə

No media source currently available

0:00 0:04:50 0:00

Səhiyyə pulsuzdu? - 'Müayinə üçün 2 min manat lazımdı'

Dünya Bankının hesabatında bu nəticəyə gəlinib.

Ötən il bir çox ölkədəki ölüm sayındakı artım koronavirusdan vəfat edənlərin sayındakı artımdan çox olub. Bu, beynəlxalq praktikada, əsasən, koronavirus və pandemiya nəticəsində səhiyyə sisteminin yüklənməsi ilə izah edilir. Ancaq onu da qeyd etməyə dəyər ki, burada iqtisadi durumun pisləşməsini də gözardı etmək olmaz. Dünya Bankının ötən il Azərbaycanla bağlı yayımladığı "Sağ qal, öyrən, inkişaf et" adlı hesabatda qeyd edilirdi ki, ölkədə tibb xərclərinin 78.6 faizi əhalinin öz vəsaiti hesabına maliyyələşdirilir. Halbuki Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu göstəricinin 20 faiz həddində olmasını tövsiyə edir.

Karantin iyunun 1-nə kimi uzadılır. Bəs, hökumət pandemiyaya görə yardımları artıra bilərmi?
Gözlə

No media source currently available

0:00 0:05:39 0:00

Dünya Bankının bir neçə il öncə yayımlanan digər hesabatında da qeyd edilirdi ki, Azərbaycanda əhalinin ən çox gəlir əldə edən 10 faizlik əhali qrupu ilə ən az gəlir əldə edən 10 faizlik əhali qrupunun səhiyyə xərcləri arasında 8 dəfəyədək fərq var. Rəsmi rəqəmlərə görə, ölkə iqtisadiyyatının və əhalinin gəlirlərinin azaldığı, işsizlərin sayının 50 faizədək artdığı və 600 min insanın pandemiyaya görə gəlirini itirməsi ilə əlaqədar 190 manat ödəniş aldığı bir şəraitdə, iqtisadi çətinliklərlə bağlı tibbi xərclərin ertələnməsi və ya bütövlükdə gerçəkləşdirilə bilinməməsi də insanların səhhətinə təsir göstərir.

XS
SM
MD
LG