Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:43

Məxfi hesabat: Rusiya və İran ABŞ seçkisini təsirləndirməyə çalışıblar


Prezident Vladimir Putinin ötən il ABŞ-da prezident seçkisinə təsir göstərmək üçün dezinformasiya əməliyyatlarına tapşırıq verməsinə dair hesabatı Rusiya təkzib edir.

Rusiyanın Vaşinqtondakı səfirliyi martın 17-də bu iddiaları “Amerikanın daxili siyasi proseslərinə müdaxiləylə bağlı ölkəmizə qarşı əsassız ittihamlar” adlandırıb.

***

ABŞ kəşfiyyatının hesabatına görə Rusiya və İran 2020-ci il Amerika prezident seçkisində Co BaydenDonald Tramp arasında yarışı təsirləndirmək məqsədilə dezinformasiya kampaniyası aparıblar.

ABŞ Milli Kəşfiyyatı direktorunun ofisi tərəfindən martın 16-da açıqlanmış 15 səhifəlik məxfi hesabatda deyilir ki, xarici qüvvələrin ABŞ seçkisinin texniki aspektlərinə, yəni səslərin hesablanmasına müdaxilə etdiyini göstərən əlamətlər yoxdur.

Lakin kəşfiyyatın qiymətləndirməsinə görə Rusiya prezidenti Vladimir Putin ölkəsinin hökumət qurumlarına prezident Baydeni və Demokrat Partiyasını gözdən salan və eyni zamanda keçmiş prezident Donald Trampa dəstək verən təsir əməliyyatının aparılmasına göstəriş verib.

Tehranın fərqli məqsədi

Lakin ABŞ kəşfiyyatı Rusiyanın 2016-cı il ABŞ seçkisində olduğu kimi seçki infrastrukturuna müdaxilə məqsədilə hər hansı kiberhərəkət etdiyini müşahifə etməyib.

Hesabatda deyilir ki, əvəzində Rusiya dövləti və onun proksiləri ABŞ ictimaiyyətinin düşüncəsinə təsir göstərməyə çalışıblar.

Sənəddə qeyd olunur ki, Moskvanın strategiyası əsasən Rusiya kəşfiyyatına bağlı qüvvələrin vasitəsilə ABŞ mediasını, rəsmilərini, keçmiş prezident Donald Trampa və onun administrasiyasına yaxın şəxslər də daxil tanınmış adamları təsirləndirmək olub.

Hesabatda deyilir ki, İran isə əksinə Trampın təkrar seçilmə kampaniyasına ziyan vurmaq məqsədilə “məxfi təsir kampaniyası” aparıb.

İranın ilkin məqsədi ABŞ seçkilərinə və təsisatlarına inamsızlıq yaratmaq, ABŞ cəmiyyətinə təfriqə salmaq idi.

Hesabatda qeyd olunur ki, İranın ali rəhbəri Əli Xameneyi belə təsir kampaniyalarının aparılmasına göstəriş verib.

XS
SM
MD
LG