Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:47

Əfv sərəncamının icrası başa çatıb


İ.Əliyev
İ.Əliyev

Bu gün, martın 19-da prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı icra edilib. Sərəncamla azadlığa buraxılan məhbuslar cəza çəkdikləri müəssisələrdən evlərinə yola salınıblar.

Prezident əfv sərəncamı verib

Martın 18-də prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunan 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Bundan başqa, azadlıqdan məhrum etmə cəzasına məhkum edilən 98 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilən 3 nəfərin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib.

40-a yaxını...

Əfv sərəncamına düşənlərdən 40-a yaxını siyasi məhbus siyahılarında yer alır. Onlardan bir neçəsi müxalif Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləridir. Daha 3 nəfər isə 2018-ci ildə Gəncədə baş verən olaylara görə həbs edilmişdi. Qalanları isə şərti olaraq "Nardaran məhbusları" adlandırılırlar. (2015-ci ildə Nardaran qəsəbəsində baş verən olaylarda həbs ediliblər)

Xatırlatma

Azərbaycanda sonuncu əfv sərəncamı ötən ilin aprelində imzalanıb.

Həmin əfv sərəncamı dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşı 65-dən yuxarı olan və risk qrupunda sayılan məhkumlara şamil olunmuşdu. Həmin əfv sərəncamı ilə 176 nəfər azadlığa buraxılıb.

Bir sıra yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, Azərbaycanda 150-yə yaxın siyasi məhbus var. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

XS
SM
MD
LG