Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:01

Paşinyan seçki məcəlləsinə ‘sadə dəyişikliklər’ təklif edir


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan 20 iyun seçkisinədək mövcud seçki məcəlləsinə “sadə dəyişikliklərin” edilməsini təklif edib.

AzadlıqRadiosunun Erməni xidməti - Azatutyunun yazdığına görə, Paşinyan Milli Məclisdə martın 24-də keçirilən “hökumət saatı” zamanı deyib ki, dəyişikliklər seçkidə təmsilolunma sahəsində aparılmalıdır.

Mövcud seçki məcəlləsinə görə millət vəkilləri parlamentə həm partiya siyahıları, həm də reytinq sistemi ilə seçilirlər.

Hakim “Mənim addımım” fraksiyası hazırkı qarışıq sistemi tam proporsional sistemlə əvəzləməyi təklif edir.

Bu halda parlamentə növbəti seçki yalnız partiya siyahıları üzrə keçirilməlidir.

Seçki tam proporsional olacaq

Nikol Paşinyan vurğulayıb ki, növbədənkənar seçkinin yeni, yoxsa mövcud məcəllə ilə keçirilməsi məsələsi iqtidar və parlament müxalifəti arasında siyasi razılaşmanın bir hissəsi deyil:

“Buna baxmayaraq bizim müzakirələrimiz zamanı mən həmkarlarımızdan səsvermə sistemi haqqında nə düşündüklərini soruşurdum. Yəni soruşurdum ki, reytinq sistemini saxlamaq, yoxsa ləğv etmək lazımdır? Müzakirələr zamanı məlum oldu ki, həm “Çiçəklənən Ermənistan”, həm də “Maariflənmiş Ermənistan” partiyaları bu məsələni parlament çoxluğunun ixtiyarına buraxırlar”.

Ermənistanda ordudan yayınanlar əfv oluna bilər
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

Paşinyan daha sonra təfərrüatlı izahat verib:

“Onlar dedilər ki, dəyişikliklərə səs verməyəcəklər, çünki siyasi məsuliyyəti bizimlə bölüşmək istəmirlər. Amma onlar bunu da dedilər ki, biz məcəlləyə dəyişiklik etmək istəyirksə, bu onlara problem yaratmır”.

Baş nazir əlavə edib ki, qeyri-parlament partiyalarının və vətəndaş cəmiyyətinin nümayəndələri ilə müzakirələr nəticəsində “Mənim addımım” fraksiyası seçki məcəlləsinə sadə dəyişikliklərin qəbulunun zəruriliyi barədə qənaətə gəlib:

“Beləliklə seçki proporsional sistemlə keçiriləcək. Yəni reytinq sistemi olmadan”.

“Hava şəraitindən asılı siyasi razılaşma”

Bu yaxınlaradək verdikləri bəyanatlarda həm “Çiçəklənən Ermənistan”, həm də “Maariflənmiş Ermənistan” partiyaları seçki məcəlləsinə 20 iyun seçkisinədək dəyişikliklər edilməsini məqsədəuyğun hesab etmədiklərini bildirirdilər.

Lakin onlar bunu da deyirdilər ki, bütün hallarda seçkidə iştirak edəcəklər.

Çıxışının sonunda Paşinyan zarafatla deyib ki, “siyasi razılaşmaların öz nyuansları və onlara bəzən hava şəraiti də təsir göstərir”.

Baş nazir bildirib ki, hökumət bütün hallarda öz üzərinə götürdüyü öhdəliklərə əməl edəcək.

Təhlilçilər bildirirlər ki, tam proporsional sistemə keçid yalnız partiya siyahıları əsasında seçki deməkdir və bu, daha çox Paşinyanın partiyası üçün əlverilşlidir.

Son rəy sorğuları onun partiyasının 33 faiz populyarlığa malik olduğunu göstərib. Rəy sorğularına görə müxalifət partiyalarını respondentlərin yalnız 1-3 faizi dəstəkləyib.

Rəyi soruşulanların 60 faizindən çoxu heç bir siyasi qüvvəyə inanmadığını deyib.

XS
SM
MD
LG