Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:10

Facebook-un Trampla bağlı qərarı qüvvədə qaldı


Donald Tramp
Donald Tramp

Qurum Trampın qeyri-müəyyən müddətə platformadan kənarlaşdırılmasını məqbul saymayıb

Facebook-un müstəqil nəzarəti heyəti sosial şəbəkənin ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabını bağlamaq qərarını qüvvədə saxlayıb. Amma qurum onun platformadan qeyri-müəyyən müddətə kənarlaşdırılmasını məqbul saymayıb.

Heyət mayın 5-də bildirib ki, Trampın seçkidə saxtakarlıqla bağlı dəfələrlə əsassız iddialar səsləndirməsi, tədbir görməyə çağırması “ciddi zorakılıq riskinin mümkün olduğu mühit yaradıb”. Onun yanvarın 6-da sosial şəbəkədə postlarından sonra tərəfdarları Kapitoli binasına hücum etmişdilər.

Qurum şəbəkəni altı ay içində “məsələni nəzərdən keçirərək uyğun cavab tədbiri müəyyənləşdirərək onu əsaslandırmağa” çağırıb.

“Facebook-un istifadəçini qeyri-müəyyən müddətə platformadan kənar saxlamasına, hesabın nə vaxtsa bərpa olunacağına kriteriya açıqlamamasına icazə verilmir”, – qərarda vurğulanır.

***

Facebook Trampla bağlı qərarını açıqlayacaq

Mayın 5-də Facebook sosial şəbəkəsi keçmiş prezident Donald Trampa qadağayla bağlı yekun qərarını açıqlamalıdır. Bu qərarın istənilən halda güclü reaksiyaya səbəb olacağı gözlənir.

Sosial şəbəkənin Nəzarət Heyəti mayın 3-də bildirib ki, Vaşinqton vaxtıyla səhər 9-da qərar açıqlanacaq və mətbuat konfransı keçiriləcək.

Facebook yanvarın 7-də Trampın hesabını bağlayıb. Səbəb kimi prezidentin bir gün öncə Kapitoli binasına ölümlə nəticələnmiş hücumu qızışdırdığı göstərilirdi.

O zaman Twitter daxil olmaqla digər sosial media platformaları da Trampın hesablarını bağladı, onun binaya hücum edənləri qızışdırdığını bildirdilər.

Amma qadağalar siyasətçilərin, azad media tərəfdarlarının kəskin tənqidinə səbəb oldu, onlar birtərəfli qərardan narahatlıq bildirdilər.

9 mindən çox şərh alınıb

Facebook və Twitter-in arqumentinə görə, Tramp onların qaydalarını pozub. Di gəl, bu platformalar uzun illər keçmiş prezidentin şərhlərini xəbər əhəmiyyətli hesab edərək ona platforma vermişdilər.

Nəzarət Heyəti bildirir ki, genişləndirilmiş ictimai şərh dövrü fevralda bitib, 9 mindən çox şərh alınıb.

Heyətə Danimarkanın keçmiş baş naziri, “Guardian” qəzetinin keçmiş baş redaktoru, hüquq alimləri, insan haqları ekspertləri və jurnalistlər daxildir. Qadağanın qüvvədə qalıb-qalmaması Facebook-un bu məsələ üzrə yekun qərarı olacaq.

Tramp Facebook-da tez-tez paylaşım etsə də, əsas platforması Twitter idi, 6 yanvar iğtişaşlarından sonra oradan birdəfəlik uzaqlaşdırılıb.

Yanvarın 6-da Tramp tərəfdarları qarşısında çıxış edərək onları bina üzərinə yürüşə səsləmişdi. O, 3 noyabr seçkisindən sonrakı həftələr ərzində seçkinin nəticələrinin oğurlandığını deyirdi.

Tramp çıxış edərkən Konqres Demokrat Partiyasından Co Baydenin qələbəsinin təsdiqlənməsinə baxırdı.

ABŞ-dan Əliyevə ilk zəng. Vaşinqton Bakıdan nə istəyəcək?
Gözlə

No media source currently available

0:00 0:03:45 0:00

Aparıcı konqresmenin Trampa cavabı

Bu hadisədən sonra Tramp Nümayəndələr Palatasında qiyamı qızışdırmaq ittihamıyla impiç olundu, Senatda isə ona bəraət verildi. Prezident zorakılığı qızışdırmadığını deyir, impiçmenti “əcinnə ovu” adlandırırdı.

Mayın 3-də Nümayəndələr Palatasının aparıcı respublikaçı üzv deyib ki, Tramp Amerikanın demokratik sistemini “zəhərləyir”, çünki seçkidə məğlubiyyətinin saxtakarlığın nəticəsi olması kimi saxta iddialar səsləndirir.

Keçmiş vitse-prezident Dik Çeyninin qızı, konqresmen Liz Çeyni Twitter-də yazıb ki, 2020-ci ilin seçkisi oğurlanmayıb, “bunu iddia edən BÖYÜK YALAN SÖYLƏYİR, hüququn aliliyinə arxa çevirir və demokratik sistemimizi zəhərləyir”.

Konqresmen Trampın son prezident seçkisini “böyük yalan” adlandırmasına belə cavab verib.

Trampın seçkidə saxtakarlıqla bağlı iddiaları dəfələrlə məhkəmələr, ştat və federal seçki orqanları tərəfindən rədd olunub.

XS
SM
MD
LG