Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 21:12

ABŞ iqtisadiyyatı bu il 7 faiz arta bilər


Federal Ehtiyat Sisteminin rəsmisi mayın 3-də deyib ki, ABŞ iqtisadiyyatında bu il 7 faiz artım qeydə alına bilər.

Rəsmi bildirib ki, COVID-19 pandemiyası ilə bağlı kəskin tənəzzüldən sonra iqtisadiyyatda dirçəlmə davam edir.

ABŞ Mərkəzi Bankı Nyu York filialının direktoru Con Uilyams deyib ki, üstəlik 7 faiz 1980-ci illərin əvvəllərindən bəri Amerikanın ən sürətli artımı olacaq.

Bununla belə, cənab Uilyams bildirib ki, iqtisadiyyatın tam dirçəlməsi üçün hələ uzun vaxt lazım gələcək.

Onun sözlərinə görə söhbət ilk növbədə işsizliyin azaldılamsından gedir.

Pandemiyanın yaratdığı unikal vəziyyət

Uilyams deyib iqtisadiyyatın istiqaməti düzgündür və Federal Ehtiyat Sisteminin uçot dərəcəsini sıfra yaxın saxlaması canlanmada böyük rol oynayıb.

Rəsmi əlavə edib ki, enerji qiymətlərinin qalxması və iqtisadi artım pərakəndə satış qiymətlərini qaldırsa da, təlaşa ehtiyac görmür. Onun fikrincə bu, pandemiyanın yaratdığı unikal vəziyyətdir.

Federal Ehtiyatın sədri Cerom Pauel mayın 3-də deyib ki, iqtisadi vəziyytədə “aşkar canlanma” var, amma iqtisadi böhran azgəlirli işçilərin, qaradərili və ispandilli amerikalıların dolanışığını çətinləşdirib.

O bildirib ki, Federal Ehtiyatlar Sistemi bütün bunları daim nəzarətdə saxlamağa çalışır.

XS
SM
MD
LG