Keçid linkləri

2025, 28 Mart, Cümə, Bakı vaxtı 02:34

Fazil Mustafaya sui-qəsdə görə ömürlük cəza alan şəxsin oğlu da həbs edildi


Deputat Fazil Mustafaya silahlı hücum olub
Gözlə

No media source currently available

0:00 0:02:13 0:00

Deputat Fazil Mustafaya silahlı hücum olub

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsdə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanov da həbs olunub. Bu barədə AzadlıqRadiosuna məlumat verən yaxınları bildirib ki, martın 17-də axşam saat 6 radələrində Ə.Səricanovu mülkigeyimlilər iş yerindən aparıblar. Ailə üzvlərinin dediyinə görə, onun yeri, niyə saxlanması barədə onlara heç bir bilgi verilməyib: "Uzun müddət bizə heç bir məlumat verilmədi. Onu müxtəlif yerlərdə axtara-axtara qaldıq".

Sonradan onun Dövlət Təhlükəsizliyi Xidmətində olduğu müəyyənləşib.

Ə.Səricanova Cinayət Məcəlləsinin 28,277-ci (dövlət xadimi və ya ictimai-siyasi şəxsin həyatına sui-qəsd hazırlığı) maddəsiylə ittiham verilib. Səbail rayon Məhkəməsinin qərarı ilə onun haqqında 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ə.Səricanov haqqında həbs qərarı verildiyini və CM-in 28.277-ci maddəsiylə təqsirləndirildiyini vəkili Bəxtiyar Hacıyev də təsdiqləyib.

Bu maddədə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Xatırlatma

F.Mustafa 2023-cü il martın 28-də axşam saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşadığı evin qarşısında gülləyə tutulub. Deputat çiyin və bud nahiyəsindən yaralanıb.

Bu hadisəyə görə beş nəfər - Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinov, Emin Əliyarov Rəşad Əhmədov cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işində iddia edilir ki, F.Mustafaya sui-qəsd planı İranda müzakirə olunub və planın icrasından ötrü Bakıya 30 min dollar göndərilib.

Təqsirləndirilən şəxslərə dövlətə xəyanət, terrorçuluq, dövlət xadiminin həyatına sui-qəsd də daxil, bir sıra ağır ittihamlar verilib.

F.Mustafaya qarşı sui-qəsdin təşkilində təqsirləndirilən A.Səricanova ömürlük, digər dörd nəfərə isə 4 ildən 20 ilədək həbs cəzası kəsilib. Təqsirləndirilən şəxslər bu hökmdən narazı qalaraq apellyasiya şikayəti versələr də, nəticə dəyişməyib.

Onlar özlərini qismən təqsirli bilir və deputatı vurduqlarını təsdiqləsələr də, bu olayın İrandan gələn sifariş olmadığını deyirlər. Təqsirləndirilən şəxslər vurğulayıblar ki, deputatı öldürmək niyyətləri olmayıb, onu dini mövzuda səsləndirdiyi fikirlərə görə cəzalandırmaq qərarına gəliblər. İddia edirlər ki, bu üzdən həyati önəm daşıyan orqanlarına deyil, çiyin və ayaq hissələrinə atəş açıblar.

XS
SM
MD
LG