Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:22

Alimlər pandemiyaya daha cəld reaksiya verərsə... – Qərb mediası


Tailandda vaksin növbəsi
Tailandda vaksin növbəsi

Kütləvi vaksinasiya daha sürətlə getsəydi, yüzminlərlə həyatı xilas etmək mümkün olardı

“The Economist” dərgisi Covid-19-un delta ştammının dünyanın bir çox yerlərində sürətlə yayıldığı bir vaxtda vaksinlərin hələ də çatışmamasını biabırçılıq hesab edir.

“Ən pisi odur ki, zəngin ölkələr vaksinləri qamarlayırlar, başqa yerlərdə onlara ehtiyacın daha böyük olmasına rəğmən. Buna görə siyasəti suçlayın. Vaksinin mövcudluğu zəfərdir. Buna görə elmi tərifləyin”, – məqalədə deyilir və Amerikada polioya qarşı vaksinin sınaqlardan lisenziya mərhələsinə 20 ilə çatdığını yada salır.

Üsullar

Ancaq dərgi alimlərin daha yaxşı çalışa biləcəyini də qeyd edir. Bu ilin əvvəlinəcən əlavə ölümləri də nəzərə alanda pandemiya 4 milyondan 8 milyonacan insanın həyatına son qoyub. Kütləvi vaksinasiya daha sürətlə getsəydi, yüzminlərlə həyatı xilas etmək mümkün olardı.

Məqalədə onillər ərzində aparılan elmi və tibbi tədqiqata istinad olunur. Mrna texnologiyasının pionerlərindən Katalin Kariko 30 ildir mrna-nın xəstəliklə necə mübarizə apardığını öyrənir. Hazırda koronavirusa qarşı uğurla tətbiq olunan Pfzer və Moderna vaksinləri məhz bu texnologiyaya əsaslanır.

Dərgi yazır ki, virusların təkamülünü proqnozlaşdırmaq üçün biokimyəvi və hesablama alətləri yaranmaqdır. Yəni, alimlər kompüter texnologiyası əsasında laboratoriya şəraitində virusun mutasiyalarının kombinasiyaları üzrə proqnozlar hazırlaya, dərman şirkətləri də vaksin ehtiyatı görə bilərlər. “İnsanlar bir gün hətta öncədən peyvənd oluna bilərlər. Belə bir hazırlıq dərəcəsi və dozaların sürətlə hazırlanması xeyli həyatı xilas edər”, – məqalədə deyilir.

Buster vaksinlər və bərabərsizlik

Gücləndirici dozalar pandemiya bərabərsizliyinin simvoluna çevrilməkdədir. Bunu isə “The Washington Post” qəzeti yazır. Bəzi ölkələr tam peyvənd olunmuş sakinlərinə üçüncü- gücləndirici doza vurmağı planlaşdırır. Başqa yerlərdə isə tibb işçiləri, risk altında olan həssas qruplara vaksin çatışmır.

Dünya Səhiyyə Təşkilatı (DSt) artıq bu addıma qarşı çıxaraq azı sentyabradək buster dozalara moratorium qoymağa çağırıb.

DST sentyabrın sonunacan hər bir ölkədə azı 10 faiz əhaliyə peyvənd vurulmasını hədəf qoymuşdu. Şimali Amerika və Avropada sakinlərin yarıya qədərinə azı bir doza vurulub. Amma Afrika əhalisinin cəmi 2 faizindən artığı peyvəndlənib.

Bəzi ekspertlər buster dozaların vaksinlərin ədalətsiz paylanmasını daha da dərinləşdirəcəyindən qorxur.

“Birləşmiş Ştatlarda çox sağlam gənclərə peyvənd vurulur, yaşlılara buster doza vurmaq planlaşdırılır. Başını silkələyib deyirsən ki, ‘yaxşı olardı, mənə bir az doza verərdin’”, – Corctaun Hüquq Universitetindən Lorens Qostin deyib.

XS
SM
MD
LG