Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:37

Taliban 'amnistiya' elan edir


Kabil, 16 avqust, 2021-ci il
Kabil, 16 avqust, 2021-ci il

ABŞ rəsmisi Hamid Karzai Beynəlxalq Aeroportunda hərbi və kommersiya uçuşlarına Birləşmiş Ştatların nəzarət etdiyini açıqlayıb

Taliban təmsilçiləri Əfqanıstanda hamı üçün ümumi “amnistiya” elan ediblər.

Avqustun 17-də səhər Kabil küçələrində nisbi sakitlik hökm sürüb, aeroportda vəziyyət də düzəlib. Qərbin təhlükəsizlik rəsmisi “Reuters”ə deyib ki, bir gün öncə aeroporta yığışanların “çoxu evlərinə gedib”.

Amma agentlik aeroport istiqamətindən hələ də ara-sıra atəş səsləri eşidildiyini yazır.

Avqustun 17-də Avropa Birliyinin xarici işlər nazirləri Brüsseldə təcili toplantı keçirərək evakuasiya planlarını və Əfqanıstandakı ümumi vəziyyəti müzakirə edəcəklər.



Hökumət işçiləri və qadınlara müraciət

“Frans Pres” agentliyi Talibanın bəyanatına istinadla xəbər verir ki, qrup bütün hökumət işçiləri üçün ümumi amnistiya elan edib, onları “tam inam”la işə qayıtmağa çağırıb.

Qruplaşmanın nəzarətində olan dövlət televiziyasında çıxış edən Taliban administrasiyası üzvü qadınları hökumətə qoşulmağa səsləyib. Xəbəri “The Associated Press” yayıb.

“İslam Əmirliyi qadınların qurbana çevrilməsini istəmir”, – deyə Enamulla Samangani silahlıların Əfqanıstana verdiyi addan istifadə edib.

“Hökumətin strukturu tam aydın deyil, amma təcrübəyə əsasən tam islamçı rəhbərlik olmalıdır, bütün tərəflər qoşulmalıdırlar”, – o vurğulayıb.

Hizbu-İslami siyasi və yarımhərbi qrupunun lideri Gülbiddin Hikmətyar avqustun 17-də Qətərə Taliban təmsilçiləri ilə görüşə gedəcəyini deyib. Onu keçmiş prezident Hamid Karzai və keçmiş xarici işlər naziri, Əfqanıstan Milli Barışıq Şurasının başçısı Abdulla Abdulla müşayiət edəcək.

***

Kabildə 3 səfirlik qaldı

Hindistan da Kabildəki səfirliyini boşaldır. Əfqanıstanın paytaxtında cəmi 3 ölkənin – Rusiya, Çin və Pakistanın səfirlikləri qalıb.

Rusiya səfirlik əməkdaşlarının bir hissəsini köçürəcəyini bildirib.

Səfir Dmitri Jirnov avqustun 17-də Taliban təmsilçiləri ilə görüşərək Rusiya vətəndaşları və səfirlik əməkdaşlarının təhlükəsizliyi müzakirə etməlidir.

***

Avqustun 17-də səhər Kabil aeroportu yenidən açılıb. Bir gün öncə təhlükəsizliyin pozulması səbəbindən evakuasiya əməliyyatlarına fasilə verilmişdi.

Avqustun 16-da minlərlə əfqan ölkəni tərk etməyə çalışdığından Kabil aeroportunda xaos yaranıb. ABŞ ordusu və beynəlxalq qüvvələr isə uçuş meydançasının təmizləmək məqsədilə uçuşları dayandırıblar. Aeroportdakı qarışıqlıqda azı yeddi nəfər həlak olub.

Uçuşlara nəzarət olunur

ABŞ rəsmisi Hamid Karzai Beynəlxalq Aeroportunda hərbi və kommersiya uçuşlarına Birləşmiş Ştatların nəzarət etdiyini açıqlayıb.

Avqustun 15-də Prezident Əşrəf Qani xaricə qaçıb, Taliban isə Kabili tutub. Hazırda Qərb hökumətləri öz vətəndaşlarını və onlarla işləmiş əfqanları evakuasiya etməyə çalışırlar.

ABŞ Prezidenti Co Bayden Vaşinqtonda deyib ki, “minlərlə” amerikalı və onlarla işləmiş əfqan yaxın günlərdə evakuasiya olunacaq.

O, Talibanı ABŞ-ın maraqlarına hücum edəcəyi halda “dağıdıcı” hərbi cavabla hədələyib.

Azərbaycan hökuməti Taliban administrasiyasını tanıyacaqmı?
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00

Almaniya, Fransanın dəstəyi

Aeroport açılandan sonra Əfqanıstana göndərilmiş üç Almaniya təyyarəsi Kabildən qalxıb.

Almaniya ordusunun məlumatına görə, evakuasiyaları sürətləndirmək üçün uçuşlar Kabillə Özbəkistan paytaxtı Daşkənd arasında həyata keçiriləcək. Adamlar Daşkənddən başqa reyslərlə Almaniyaya yola salınacaq.

Almaniya avqustun 16-da bildirib ki, minlərlə ikili vətəndaşlığı olanları, insan haqları fəalını, eləcə də NATO qüvvələri ilə işləmiş digər şəxsləri çıxaracaqlar.

Fransa Prezidenti Emmanuel Makron ölkəsi üçün işləmiş əfqanları, incəsənət adamlarını, fəalları, Talibanın təhdid yaratdığı digər şəxsləri tək etməyəcəyini vəd edib.

Makron deyib ki, illər boyu Fransaya kömək etmiş şəxsləri qorumaq “çox vacibdir”. Onun sözlərinə görə, xüsusi qüvvələrlə təmin olunmuş iki hərbi nəqliyyat təyyarəsi Kabilə göndəriləcək.

XS
SM
MD
LG