Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:16

Belarus idmançı medalını niyə satdı?


Kristsina Tsimanouskaya
Kristsina Tsimanouskaya

ABŞ-dan olan anonim alıcı Belarus qaçışçısı Kristsina Tsimanouskayanın 2019-cu ildə Avropa Çempionatında qazandığı gümüş medalı alıb

Birləşmiş Ştatlardan olan anonim alıcı Belarus qaçışçısı Kristsina Tsimanouskayanın 2019-cu ildə Avropa Çempionatında qazandığı gümüş medalı alıb.

İdmançı bundan əvvəl ölkəsindəki avtoritar rejimim tələbi ilə öz ölkəsinə göndərilməmək üçün beynəlxalq dəstək üçün müraciət etmişdi.

Belarusun İdman Həmrəyliyi Fondu (BİHF) özünün Telegram kanalında bildirib ki, Tsimanouskayanın medalı e-Bay satış saytında böyük marağa səbəb olub.

İlkin auksion dəyəri 5 min dollar olan medal 21 min dollara satılıb.

"Medal satılıb və pulu e-Bay saytında etibarlı alıcı sayılan amerikalı tərəfindən ödənib”.

Müxalif QHT olan BİHF bildirir ki, Tsimanouskaya bu pulla elə onun kimi çıxılmaz duruma düşən idmançılara kömək edəcək.

Tsimanouskaya avqustun 2-də Tokiodakı Polşa səfirliyinə sığınmışdı. Belarusun idman rəsmiləri onu zorla Minskə göndərmək istəyirdilər. Buna səbəb idmançının onları tənqid etməsi idi.

Nə baş vermişdi?

Kristsina Tsimanouskaya Tokio Olimpiadasında 100 və 200 metrlik məsafəyə qaçışda iştirak etməli idi.

O sosial media saytlarında yazmışdı ki, Belarus yığmasının rəhbərliyi onun hesabına komandanın “dəlmə-deşiyini” doldurmağa çalışır, beləki onu hazır olmadığı yarışda, 400 metrlik estafetdə iştiraka məcbur edirlər.

Yarışın bu növündə iştirak etməli olan Belarus idmançıları lazımi qaydada dopinq testi verməmişdilər.

Bu mübahisədən sonra məşqçilər Tsimanouskayanı 200 metrlik qaçışa da buraxmamış və onu zorla Minskə qaytarmağa çalışmışdılar.

İdmançı hava limanında yerli polisə müraciət etmiş və onu Belarusda təhlükə gözlədiyini bildirmişdi.

İdmançı bunun ardınca Polşaya uçub və hazırda Varşavadadır.

Polşa qaçışçıya və onun Ukraynadan keçərək bu ölkəyə qaçmış ərinə sığınacaq verib.

Tsimanouskayanın əhvalatı Tokio Olimpiadasının ən hay-küylü xəbərlərindən biri olmuş və beynəlxalq diqqəti Belarusda mübahisəli seçki ilə altıncı dəfə prezident elan edilmiş Alyaksandr Lukaşenka rejiminin repressiyalarına çəkmişdi.

Ötən ilin avqustunda keçirilmiş prezident seçkisindən sonra Lukaşenkanın istefasını tələb edən minlərlə etirazçı həbs olunub.

Onlardan bir çoxunun işgəncələrə məruz qaldığına dair inandırıcı məlumatlar var.

Atasını tanımırdılar, oğlunu da tanımadılar

Lukaşenka ilə real həyatda üz-üzə gəlmədiyini bildirən Tsimanouskaya vətənində dəhşətli hadisələrin baş verdiyini deyir.

Lukaşenka Belarus Olimpiya Komitəsinin sədrliyini bu yaxınlarda oğlu Viktara ötürüb.

Lakin prezidentliyi Avropa İttifaqı və bir çox Qərb ölkələri tərəfindıən tanınmayan Lukaşenkanın oğlunun sədrliyini də Beynəlxalqü Olimpiya Komitəsi tanımayıb.

Dekatlon üzrə bir keçmiş olimpiya medalçısı və onun həyat yoldaşı da daxil başqa Belarus idmançılarının da xaricə qaçdıqları xəbər verilir.

Onların ölkədən qaçmasından az əvvəl Lukaşenkanı tənqid edən fəalın meyiti Kiyevdə tapılmışdı.

Avqustun əvvəllərində Minskin Vitsyaz həndbol klubunun məşqçisi Kanstantsin Yakauleu icazəsiz antihökumət aksiyasında iştirakını görə 15 sutkalıq həbsdən sonra Ukraynaya qaçıb.

Belarus heptatlonçusu Yana Maksimava və onun Olimpiya medalçısı olan əri Andrey Krauçanka körpə uşaqları ilə birlikdə Almaniyada qalmağa qərar verdiklərini bildiriblər.

Avqustun 6-da Beynəlxalq Olimpiya Komitəsi Belarus yığmasının iki məşqçisinin akkreditasiyasını ləğv edib.

XS
SM
MD
LG