Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:33

Türkiyə ilə Ermənistan arasında dialoq hansı şərtlərlə başlaya bilər? 


Ermənistanda Ərdoğanla dialoqu necə görürlər?
Gözlə

No media source currently available

0:00 0:15:02 0:00

Ermənistanda Ərdoğanla dialoqu necə görürlər?

Türkiyə prezidenti Recep Tayyip Erdoğan yenidən bu mövzunu gündəmə gətirib və deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan onunla görüşmək arzusunda olduğunu deyib

Türkiyə ilə Ermənistan arasında dialoq hansı şərtlərlə başlaya bilər? Bu məsələdə Azərbaycanın maraqları da qorunacaqmı?

Sentyabrın 19-da Türkiyə prezidenti Recep Tayyip Erdoğan yenidən bu mövzunu gündəmə gətirib və deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan onunla görüşmək arzusunda olduğunu deyib.

Bu haqda Anadolu Xəbər Agentliyi məlumat verib. Həm də Paşinyan Ərdoğana bu ismarıcı Gürcüstan prezidenti vasitəsilə göndərib.

Erdoğan da cavabında deyib ki, əgər Paşinyan istəyində səmimidirsə, onda gərək konstruktiv addımlar atsın:

“Əgər bu məsələ ilə bağlı doğrudan da səmimidirsə, mən də səmimilik göstərər və diplomatiyaya başlayarıq. Diplomatiya başladığı vaxt təbii ki, burda bəzi şeylərin alınıb verilməsi lazımdır. Ümid edirəm ki, burda mənfi yox, müsbət yanaşmalar önə çəkiləcək. Beləliklə, inşallah Azərbaycan və Ermənistan arasında bu sıxıntı, bu koridorların açılması vəsiləsi ilə aşılmış olur”.

Türkiyədə Ankara Politikalar Mərkəzinin sədr müavini, təhlilçi Hasan Kanpolat deyir ki, Erdoğanın dəhlizə vurğu etməsi təsadüfi deyil:

“Ermənistan öz sərhədləri ilə yetinərsə və Zəngəzur koridorunu açarsa, məncə, bir anlaşmanın ola biləcəyini düşünməliyik. Amma dediyim kimi Bakının razılığı ilə. Belə bir razılıq yoxdursa, Türkiyə heç bir halda Ermənistana doğru bir addım atmayacaq”.

Ruben Mehrabyan: 'Əsas şərtimiz - heç bir şərtin qoyulmamasıdır'
Gözlə

No media source currently available

0:00 0:03:56 0:00

"Bizim bircə şərtimiz var"

Naxçıvana Ermənistan üzərindən kommunikasiya xəttinin açılması müharibədən sonra Azərbaycan və Ermənistan arasında ən aktual suallardan biridir.

Bakıda, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi idarə heyətinin sədri Fərid Şəfiyev AzadlıqRadiosuna deyib ki, bu, 10 noyabr sazişindən sonra kommunikasiya xətlərinin açılmasına dair Azərbaycanın Ermənistandan əsas istəyidir. Hələ ki, Rusiyanın da daxil olduğu işçi qrup bu məsələni müzakirə edir.

Yerevanda siyasi şərhçi Ruben Mehrabyan deyir ki, Yerevan Ankara ilə dialoqa o şərtlə razıdır ki, ona heç bir şərt qoyulmasın. Çünki Ermənistan rəhbərliyi dəfələrlə deyib ki, Azərbaycanın işlətdiyi dəhliz ifadəsi Ermənistanın suverenliyini şübhə altına alır və belə bir şərtlə Ermənistan razılaşmayacaq:

“Bizim bircə şərtimiz var - ortada heç bir şərt olmasın. İki qonşu ölkənin normal münasibəti onda olur ki, onlar əməkdaşlıq edirlər. Yaxşı münasibət özünü yaxşı aparmağa görə verilən konfet deyil, yaxşı münasibət norma olmalıdır. Amma bir məsələ də var ki, hazırda iki ölkə arasında ciddi inamsızlıq var. Belə ki, tərəflər bir-birlərinin bəyanatlarının altında ikinci məna axtarırlar. Paşinyan heç də Türkiyə ilə dostluq, qardaşlığı nəzərdə tutmur, söhbət dialoqdan gedir. Və Türkilə ilə Ermənistanın üz-üzə oturub söhbət etməsi bütün regiondakı atmosferi dəyişə bilər.

Türkiyənin də marağı var

Türkiyə Parlamentinin erməni əsilli üzvü Garo Paylan AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində deyib ki, Türkiyənin özünün də əlaqələrin bərpa olunmasında marağı var:

“İnanıram ki, bizim siyasi elitamız, Türkiyə hakimiyyəti iki ölkə arasında münasibətləri normallaşdırmaq haqqında fikirləşir. Çünki buna iki əsas səbəb var. Birincisi odur ki, Erdoğan bütün Qərb ölkələrinə deməlidir ki, o hələ də sülhə önəm verən bir liderdir. İkinci səbəb isə budur ki, Erdoğan Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələri yaxşılaşdırmaq, Azərbaycana və başqa ölkələrə yollar inşa etmək istəyir. Bununçün isə o, Ermənistanla münasibətləri nizama salmalıdır”.

Türkiyə, Ermənistanla sərhədini 90-cı illərin əvvəlində, əsasən bu ölkənin Azərbaycana ərazi iddialarına görə bağlayıb.

İkinci Qarabağ müharibəsi zamanı Yerevan Türkiyəni Azərbaycana hərbi dəstək verməkdə ittiham edib. Müharibədən sonra isə Ermənistan türk mallarına embarqo qoyub.

2009-cu ildə Türkiyə Azərbaycanla razılaşdırmadan Ermənistanla sərhədləri açmaq, diplomatik münasibətləri bərpa etmək yönündə dialoqa başlayanda bu Bakı ilə Ankara arasında münasibıtləri soyutmuşdu.

XS
SM
MD
LG