Ermənistan və Azərbaycan arasında başlanan sərhəd problemi yeni, Qarabağ müharibəsindən fərqli bir müharibə alovlandıra bilər. Bunu AzadlıqRadiosuna müsahibəsində Karneqi Araşdırmalar Fondunun Moskva ofisinin əməkdaşı, "Kommersant" qəzetinin yazarı Kiril Krivoşeyev deyir.