Qırğızıstanda qız qaçırmağa görə iki nəfər həbs olunub. Bu haqda yerli media dekabrın 10-da məlumat yayıb.
Polis saxlananların ölkənin qərbindəki Calalabad regionunda Bazar-Koqon rayonunda 17 yaşlı qızın qaçırılmasında şübhəli bilindiyini deyir. Şahidin dekabrın 8-də polisə bildirməsinə görə, bir neçə kişi qızı maşına zorla əyləşdirərək hadisə yerindən uzaqlaşıblar.
Yerli universitetdə təhsil alan qız sonradan buraxılıb, valideynlərinin yanına qayıdıb.
Polis bu il Calalabad regionunda 40 qızqaçırma halının qeydə alındığını bildirir. Bu hallardan üçü məhkəməyə göndərilib, biri baxılmaqdadır, qalanlar isə ləğv edilib.
Hər il minlərlə qız qaçırılır
2013-cü ildə Qırğızıstanda qız qaçırmanın kriminallaşdırılmasına baxmayaraq, hər il minlərlə belə insident baş verir.
Sentyabrda beş kişi ölümlə nəticələnmiş, apreldə etirazlara səbəb olmuş qız qaçırmada təqsirli biliniblər.
Aizada Kanatbekova aprelin 5-də bir qrup kişi tərəfindən qaçırılıb, iki gün sonra onu qaçıranlardan biri ilə maşında meyiti tapılıb. Zamirbek Tengizbayevin qızı qolsuz köynəklə boğandan sonra özünü öldürdüyü açıqlanıb.
Bişkekdə rayon məhkəməsi isə həmin hadisədə iştirak etmiş 5 nəfərə 6 il yarımdan 7 ilədək həbs cəzası kəsib.
Onlar həmçinin qurbanın ailəsinə birlikdə 100 min son () 1200 dollar) kompensasiya ödəməlidirlər.
Polisin reaksiyası
Hadisə təhlükəsizlik kameralarına da düşmüşdü, maşının modeli, lisenziya nömrəsi videolarda görünürdü. Amma polis həmin hadisəyə gec reaksiya verdiyinə görə tənqid olunub. Faciədən sonra Bişkek şəhər polis rəisi daxil 40-dan çox polis əməkdaşı işdən çıxarılıb.
Rəsmi orqanlar Tengizbayevin Rusiyada üç dəfə müxtəlif cinayətlərə görə məhkum olunduğunu bildirib.
BMT-nin İnkişaf Proqramı, insan haqları qrupları Qırğızıstanda qızqaçırma adətinin hələ də böyük miqyasda qaldığını bildirilər. Bu hallar çox vaxt nikahdaxili zorlama, məişət zorakılıq, digər pis əməllərlə nəticələnir.
2018-ci ildə bir kişi 20 yaşlı universitet tələbəsi Burulay Turdaali qızını ona ərə getməyə vadar etmək üçün bıçaqlayaraq öldürüb.