Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:34

Navalnının Saxarov Mükafatı qızına verildi


Mükafatın təqdimolunma mərasimi
Mükafatın təqdimolunma mərasimi

Navalı mükafatı “dünyada bütün antikorrupsiya savaşçılarına” həsr etdiyini açıqlayıb

Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnının qızı Avropa Birliyinin ən yüksək insan haqları mükafatı olan Saxarov Mükafatını atasının adından qəbul edib. Mərasim Fransanın Strasburq şəhərində keçirilib.

Davamlı kampaniya

Dekabrın 15-də mükafat Avropa Parlamentində Darya Navalnayaya təqdim olunub. Onun atası, Rusiya Prezidenti Vladimir Putinin sərt tənqidçisi olan Navalnı 11 aydır siyasi hesab olunan ittihamlarla həbs cəzası çəkir.

20 yaşlı Navalnaya mükafatı “Navalnının həmkarlarının davam etdirdiyi fəaliyyəti və işinin tanınması” adlandırıb.

Avropa parlamentariləri oktyabrın 20-də Navalnını Saxarov Düşüncə Azadlığı Mükafatının qalibi elan edərkən deyiblər ki, o, “Vladimir Putin rejiminin korrupsiyasına qarşı davamlı kampaniya aparıb”.

Navalı isə mükafatı “dünyada bütün antikorrupsiya savaşçılarına” həsr etdiyini açıqlayıb.

Rusiyalı deputatlar Qazaxıstanda reklamların yalnız qazax dilində olmasına etiraz edir
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00

Təzyiqlər

45 yaşlı müxalifətçi yanvarın 17-də Almaniyadan qayıdarkən saxlanıb. O, ötən ilin avqustunda Sibirdə hərbi dərəcəli kimyəvi sinir qazıyla zəhərlənəndən sonra Berlində müalicə alırdı.

Navalnı zəhərlənməsinə Prezident Vladimir Putinin göstəriş verdiyini desə də, Kreml ittihamları rədd edir.

Moskvada məhkəmə müxalifətçini daha öncə təqsirli bilindiyi mənimsəmə işi üzrə şərti cəzanın şərtlərini pozduğuna görə 2 il yarım həbsə məhkum edib. Ona azadlıq tələbiylə Rusiyada keçirilən etirazlarda Navalnının 10 mindən çox tərəfdarı saxlanıb. Onların çoxu ya cərimələnib, ya da bir neçə günlük həbsə məhkum ediliblər. İşdən çıxarılanlar da olub.

Bu ilin əvvəlində Navalnının Antikorrupsiya Fondu (FBK) və ona bağlı digər qruplar ekstremist elan edilərək Rusiyada qadağan olunublar.

Avropa Birliyi Navalnının zəhərlənməsi və həbsinə görə Rusiya rəsmilərinə sanksiyalar tətbiq edib.

XS
SM
MD
LG